7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Beyləqan rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Rayonun birinci Şahsevən kənd sakini, Həsənov Səmral 41 baş qoyununun oğrulanması barədə polisə məlumata verib.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Məlum olub ki, heyvanları oğurlayan əvvələr məhkum olunmuş, rayon sakini Kəmaləddin Vəliyevdir.
K.Vəliyev oğurladığı heyvanları Bakı şəhərində sataraq 1 800 manat nağd pul əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. (Report)