İsrailin raket zərbələrinə tuş gələn İran zabitlərinin dəfni

 

Tehranda İnqilab Keşikçiləri Korpusunun aprelin 9-da Suriyada İsrailin raket zərbələri nəticəsində öldürülmüş 7 zabitinin dəfn mərasimi olub.

Sozcu.info "Fars” agentliyinə istinadla xəbər verir ki, dəfn mərasimində İnqilab Keşikçilərinin komandanları, Ali dini lider ayətullah Xameneyi, rəsmilər iştirak ediblər. İnqilab Keşikçilərinin "Aşura” korpusunun komandanı general Abadin Xoran dəfn mərasimində bildirib: "Biz sionist rejimə söz veririk ki, T-4 aviabazasında və digər yerlərdə öldürülən yoldaşlarımızın qısasını alacağıq-qisas zamanı və yeri bizim seçimimizdədir. Biz "Böyük İsrail” barədə xəyalları puç etmişik, indi düşmən hər tərəfdən-Fələstindən, Suriyadan mühasirə altındadır və bizim qisasımızı gözləyərək qorxudan əsir”.

Xəbər verildiyi kimi İsrail qırıcıları Livan üzərindən Suriyanın Homs əyalətindəki T-4 aviabazasına raket zərbələri endirib. Bu raket zərbələri nəticəsində Suriya ordusunun hərbçiləri, o cümlədən İran pilotsuz təyyarələrinin Suriyadakı əməliyyatlarına rəhbərlik edən komanda heyəti-İnqilab Keşikçilərinin yüksək rütbəli zabitləri öldürülüb.




Oxşar Xəbərlər

Xəbər lenti