8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rəsmi Moskva İsraildən bu raket zərbələrinin məqsədi barədə izahat istəyir. Lakin İsrailin Moskvadakı səfirliyi şərh verməyib.
Raket zərbələri nəticəsində Rusiya hərbçiləri zərər çəkməyib. Amma İranın bir neçə hərbi müşavirinin həlak olduğu bildirilir.
* * *11:21
Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Suriyadakı aerodroma raket zərbələri İsrail Hərbi-Hava Qüvvələrinin iki F-15 təyyarəsi tərəfindən endirilib.
***10:37
Bu gün səhərə yaxın Suriya rejiminin Homs əyalətində yerləşən T-4 aviabazasına hələlik hansı dövlət tərəfindən endirildiyi məlum olmayan raket zərbələrinin təfərrüatları məlum olub. virtualaz.org İsrail qaynaqlarına istinadən xəbər verir ki, raket zərbələri endirilən bazada İrana aid obyektlər və hərbçilər olub. Suriya müxalif qaynaqlarına istinadən bildirilir ki, fevralın 10-da İsrail ərazisinə daxil olan İran dronu həmin bazadan havaya qalxmışdı. Həmin vaxt dronun İsrail hava sahəsinə daxil olmasına cavab olaraq Suriyaya raket zərbələri endirilmişdi.
İsrail və ərəb qaynaqları raket zərbələrinə tuş gələn bazada İran hərbçilərinin də həlak olduğunu bildirir. Habelə bazada Rusiya hərbçilərinin də olduğu haqda məlumatlar var, lakin onların itki verib-vermədiyi bilinmir. Suriya rəsmi KİV-ləri bazaya raket zərbələri nəticəsində 14 hərbçinin həlak olduğunu, onlarla hərbçinin yaralandığını bildirir. Lakin ehtimal olunur ki, itkilər daha çoxdur.
Livanın "Al Mayadin” telekanalı bildirir ki, raket hücumları zamanı İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın hava sahəsində olub. Digər mənbələrə görə İsrail təyyarələri Suriya-Livan sərhədi boyu kəşfiyyat uçuşları keçirib və raket zərbələrinə aidiyyatı olmayıb.
Suriya KİV-ləri raket hücumunun ABŞ tərəfindən edildiyini təxmin edir.
* * *08:54
Bu gün aprelin 9-da səhərə yaxın Suriyanın Homs əyalətindəki T-4 aviabazasına güclü raket zərbələri endirilib. Virtualaz.org xəbər verir ki, Suriyanın rəsmi SANA agentliyi Hava Hücumundan Müdafiə qüvvələrinin bir neçə raketi vurduğunu bildirir. Lakin raketlərin hamısını vurmaq mümkün olmayıb və hücum nəticəsində Bəşər Əsədin ordu qüvvələri itki verib. İtkilərin sayı açıqlanmır, amma hərbçilər arasında ölən və yaralananların olduğu bildirilir.
Bu raket hücumu Suriya rejiminin Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan şərqi Quta qəsəbəsinə həyata keçirdiyi kimyəvi silah hücumunun ardınca baş verib. Çəllək bombasına doldurulan və vertolyotdan atılan zarin qazının təsiri ilə şərqi Qutada yüzlərlə adam, o cümlədən çoxsaylı qadın və uşaqların həlak olduöğu bildirilir.
ABŞ administrasiyası şərqi Qutaya kimyəvi silah hücumuna görə məsuliyyəti Bəşər Əsəd rejimi ilə yanaşı Rusiyanın da üzərinə yükləyib. Bundan əvvəl ABŞ-ın kimyəvi silah hücumuna cavab olaraq Suriya rejimi qüvvələrinə raket zərbələri endirəcəyi haqda xəbərlər yayılmışdı. Lakin Pentaqon bu gecə endirilən raket zərbələrinə aidiyyatının olmadığını bildirib.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi Kristofer Şervud bildirib ki, onlar Suriyaya hava və raket zərbələri endirməyiblər. Hərçənd Pentaqon bu raket zərbələri barədə "məlumatlı olduğunu” da açıqlayıb. Livanın "Al Mayadin” telekanalı xəbər verir ki, raketlər Aralıq dənizi tərəfdən uçub və bu ölkənin Kiservan rayonunun üzərindən keçib.
İsrail də raket hücumunu şərh etmir. Bununla belə İsrailin strateji məsələlər və ictimai təhlükəsizlik naziri Gilad Erdan daha əvvəl bildirmişdi ki, ABŞ Suriyaya hücum etməlidir.
Xəbərlərə görə, BMT Təhlükəsizlik Şurasının 9 üzvü, o cümlədən daimi üzvlərdən ABŞ, Böyük Britaniya və Fransa şərqi Qutaya kimyəvi silah hücumuna görə Şuranın təcili iclasını çağırıblar. ABŞ prezidenti Donald Tramp özünün Tvitter səhifəsində Bəşər Əsədi "heyvan” adlandırıb və bildirib ki, kimyəvi silah hücumuna görə məsuliyyət daşıyanlar "böyük qiymət” ödəyəcəklər. Rusiya isə ümumiyyətlə Qutaya kimyəvi silah hücumunun baş verdiyini inkar edir. Hərçənd humanitar yardım könüllüləri zarin qazından boğulan çoxsaylı qadın və uşaqların dəhşətli görüntülərini yaymaqdadır.
Virtualaz.org