Rusiyada məşhur sosial şəbəkə bağlandı –İstifadəçilər barədə FTX-ya məlumat verməkdən imtina edib

Rusiyada məşhur sosial şəbəkə bağlandı –İstifadəçilər barədə FTX-ya məlumat verməkdən imtina edib

 

Aprelin 13-də Rusiyada məhkəmə Telegram mobil mesajlaşma əlavəsinin ölkə ərazisində bağlanmasına qərar verib. Bu haqda dövlət mediası yazır.

Rusiyada medianı tənzimləyən orqan ötən həftə bildirmişdi ki, Telegram-a çıxışın məhdudlaşdırılmasıyla bağlı məhkəməyə müraciət edib. Səbəb şirkətin istifadəçilər barədə məlumatı Rusiya dövlət təhlükəsizlik xidmətlərinə verməkdən imtina etməsidir.

Telegram bu göstərişi "konstitusiyaya zidd”, "hüquqi baxımdan əsassız” adlandırıb.

Məhkəmədən öncə Amnesty International Telegram-ı bağlamaq cəhdini Rusiya hakimiyyətinin "onlayn ifadə azadlığına sonuncu hücumu” adlandırıb: "Son illər Rusiya hakimiyyəti ölkədə ifadə azadlığını azsaylı məkanlarını davamlı hədəfə alır”, – Londonda mənzillənən qurumun Şərqi Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivoşev bəyanatda bildirib. (Azadlıq radiosu)



Oxşar Xəbərlər

Xəbər lenti