137 sərnişini olan təyyarənin mühərriki göydə dayandı –Bakıda məcburi eniş etdi

137 sərnişini olan təyyarənin mühərriki göydə dayandı –Bakıda məcburi eniş etdi

 

"Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

"Azərbaycan Hava Yolları” QSC-dən "APA-Economics”ə verilən məlumata görə, göyərtəsində 137 nəfərin olduğu "Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

"Heydər Əliyev Beynəlxalq Aeroportu "Qatar Airways” aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.



Oxşar Xəbərlər

Xəbər lenti