29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
İşğal altında olan Dağlıq Qarabağın Xocavənd (Hadrut) rayonunda canavarlar uşaqlara hücum edib.
Sozcu.info virtualaz.org-a istinadən xəbər verir ki, hadisələr mayın 28-də axşam Mets Taqer və Tumi kəndlərində baş verib. Nəticədə 3 uşaq - 10 yaşlı T.X, 4 yaşlı A.M və 11 yaşlı K.Q xəstəxanaya çatdırılıb.
"Canavarlar onlardan ikisinin üzünü və başını parçalayıb, digərinin isə ayağını dişləyib. Hazırda uşaqlar müalicə alırlar. Həyati təhlükələri yoxdur", - deyə xəstəxanadan bildirilib.
Xəstəxanadan həmçinin bildirilib ki, uşaqlar aldıqları yaralardan sağalacaqlar, amma quduzluqla bağlı təhlükə ehtimalı hələ də var. Bununla bağlı konkret rəy bir neçə gündən sonra hazır olacaq.