Goranboyda 28 yaşlı gənc məktub yazıb özünü asdı - TƏFƏRRÜAT

Goranboyda 28 yaşlı gənc məktub yazıb özünü asdı - TƏFƏRRÜAT

 

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində baş vermiş intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

Sozcu.info  report-a istinadən xəbər verir ki, 28 yaşlı Vüsal Həsənov yaşadığı evdə tək olan zaman məktub yazaraq kəndiri boğazına keçirib və özünü asmaq istəyib. Məlumata görə, V.Həsənov yazdığı məktubda mülk məsələsinə görə intihar etdiyini qeyd edib.

V.Həsənovun həyat yoldaşı evə gələn zaman onu tavandan asılı vəziyyətdə görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və yaxınlıqdakılar səsə gələrək V.Həsənovu kəndirdən endiriblər. Onun hələ həyatda olduğunu görüb dərhal xəstəxanaya aparıblar.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***

Goranboy rayonunda 28 yaşlı gənc intihara cəhd göstərib.

Sozcu.info report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Vüsal Taleh oğlu Həsənov yaşadığı evdə özünü asaraq öldürməyə çalışıb.

O, yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti