7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi müzakirə olunub.
Deputat Fəzail Ağamalı deyib ki, hazırda təmir gedən yol 4 il öncə çəkilib: "Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir: "Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyətləri mən də çəkirəm. O yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. Bütün bu məsələlər zamanla həll edilir”. (Report)