Dünən, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
Pakistanda seçkiqabağı mitinq keçirilən ərazidə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb.
Sozcu.info xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində baş verib.
Partlayış "Müttəhid Məclis-e-Amal” Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. O, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq, iştirak edir.
Hadisə yerinə 40-dan çox poliz əməkdaşı cəlb edilib.
Ahram Xan Durrani bildirib ki, bu ona qarşı 5 hücumdur: "Polis mənə hücum təhlükəsi barədə məlumat vermişdi. Bu hücum nəticəsində avtomobilim məhv olub”./report/