15 YAŞLI UŞAQDAN QORXUNC ETİRAF - ADNAN OKTARIN ÇİRKİN ƏMƏLLƏRİ

15 YAŞLI UŞAQDAN QORXUNC ETİRAF - ADNAN OKTARIN ÇİRKİN ƏMƏLLƏRİ

 

Sozcu.info xəbər verir ki, Adnan Oktar qrupu ilə bağlı əməliyyat çərçivəsində zərərçəkən şəxslər prokurorluğa, polis idarəsinə müraciət edərək başlarına gələnləri bildirirlər. Zərərçəkənlərdən biri də İsveçrədə yaşamış 15 yaşlı S.M.-dir. 9 yaşında ikən Oktar ilə tanış edilən S.M. deyib: "9-10 yaşımda ikən anam Adnan Oktarla əlaqə saxlayırdı. Gecə saat 3-də anama zəng edirdilər. Anam məni yuxudan qaldıraraq makiyaj edir, bəzəyir, onların studiyasının olduğu yerə aparırdı. Anam mənə "Sən az danışacaqsan” deyə tapşırıq verirdi: "Adnan Oktar nə istəsə, onu edəcəksən, oğlan dostunun olmadığını, atanla görüşmədiyini deyəcəksən. Ayağını bir-birinin üstünə aşıracaqsan, dodaqlarını büzərək danışacaqsan”.

"Cengelköydə hovuzlu evdə qalırdım. Mənə hədiyyə aldığı dovşan, ceyran, quş kimi heyvanlar var idi. Bu evdə Coşkun Pamir, Damla Pamir, Bülent Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Kartal Göktan ve Levent Denizcioğlu və bir çox şəxs vardı. Aralarında ən kiçikləri mən idim. Mən heyvanlarla oynayırdım. Adnan Oktar mənə deyirdi: "Nə istəyirsənsə, mənə de”.

Anamdan "Artıq S.-ni mənə verdinmi?” deyə soruşanda anam da verdiyini dedi. Anam İsveçrəyə qayıdanda "Qızım Mehdi Adnan Oktar ilə evlənəcək” deyirdi. Kanala mənim fotolarımı qoyaraq "S. 6 dil bilir, Adnan Oktar heyranıdır” deyirdi”.

Qeyd edək ki, Adnan Oktar şəbəkəsinin cinayət işi ilə bağlı aparılan istintaqda qrupun Türkiyə miqyasında 100 min nəfər üzvünün olduğu iddiası ortaya çıxıb.



Oxşar Xəbərlər

Xəbər lenti