Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

 

Sosial şəbəkələrdə Bakıda dəbdəbəli mənzillərini Küveytdən olan ərəb turistlərə 3 günlüyə kirayə verən və qayıdıb gördükləri mənzərə qarşısında şoka düşən ər-arvadın görüntüləri yayılıb.

Sozcu.info virtualaz.org-a istinadən xəbər verir ki, kadrlarda ərəblərin mənzili sözün əsl mənasında darmadağın etdiyi, hər tərəfi zibillədikləri, qarpızı yeyib qabığını döşəməyə atdıqları görünür. Kadr arxasından evin sahibəsi deyir: "Tüpürüm bunların verdiyi pula...”

Ər isə ərəbləri "harada olsalar tapacağını” deyir. Onlar yataq otağında gördükləri mənzərədən də şoka düşürlər və "uşaqları qoyma baxsınlar” deyirlər.

Videonun altından çoxsaylı istifadəçilər şərh yazıblar. Onların bir qismi ərəblərin puluna tamah salıb mənzillərini onlara kirayə verən ev sahiblərini qınayır, əksəriyyəti isə ərəblərin pintiliyindən bəhs edir.

Bakıya son vaxtlar axın edən ərəb turistlərin pintiliyi, ictimai yerlərdə etdikləri biədəb hərəkətlər, əxlaqsız qadınlarla qrup halında əylənmələri, qaldıqları otelləri zibilləyib avadanlıqlara ziyan vurduqları və s. barədə KİV-lərdə, sosial şəbəkələrdə bundan əvvəl də dəfələrlə görüntülər, xəbərlər yayılıb.



Oxşar Xəbərlər

Xəbər lenti