Kəndlisinin evinə girdi, qadını yerə uzatdı və… - Azərbaycanda 2 kişidən AĞLASIĞMAZ ƏMƏL

Kəndlisinin evinə girdi, qadını yerə uzatdı və… - Azərbaycanda 2 kişidən AĞLASIĞMAZ ƏMƏL

 

Kürdəmir rayonunda qətl, quldurluq və digər ağır cinayətlər törətməkdə ittiham olunan 1964-cü il təvəllüdlü Rahim Mirzəyev və 1992-ci il təvəllüdlü Səfail Yunusovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sozcu.info xəbər verir ki, Rahim Mirzəyev qanunsuz olaraq odlu silah əldə edərək saxlayıb və üzərində gəzdirərək qohumu Səfail Yunusov ilə qabaqcadan əlbir olub, bir qrup şəxs halında qəsdən adam öldürüb. Bununla da özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq cinayətini törədiblər.

Atasının qəbrini zədələyənə qarşı amansızlıq

Rahim Mirzəyev 21 mart 2017-ci ildə saat 11 radələrində Novruz bayramı münasibətilə rəhmətə getmiş atası Rəhim Mirzəyevin məzarını ziyarət edərkən atasının qəbir daşının üzərindəki mərmər şəkilinin zədələnməsini görüb. O, evinə qayıdarkən həmkəndlisi Namiq Qubatov ilə yaşadığı evin yaxınlığındakı su arxının kənarında görüşüb. Söhbət edən zaman atasının qəbir daşının üzərindəki mərmər şəkilinin zədələyən şəxsin ünvanına nalayiq ifadələr işlədib.

Həmin vaxt sərxoş vəziyyətdə olan Namiq Qubatovun qəbir daşının özünün zədələdiyini etiraf edib, onun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsindən sonra sonuncudan aralanaraq evinə gedib.

Qisas planı

Lakin Rahim Mirzəyev Namiq Qubatovla aralarında bu zəmində yaranmış mübahisə ilə əlaqədar qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib.

O, həmin gün saat 15 radələrində bayram münasibəti ilə onlara gəlmiş baldızı oğlu Səfail Yunusovla ikilikdə söhbət edən vaxt Namiq Qubatovun onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi, atasının qəbir daşını zədələdiyi barədə danışaraq özünü təhqir olunmuş hesab etdiyini, buna görə də ondan qisas alaraq, onu qəsdən öldürmək qərarına gəldiyini bildirib.

Zirzəmidə atəş

Bununla bağlı Rahim Mirzəyev ona Namiq Qubatovu birlikdə öldürmələrini xahiş edib. Səfail Yunusov onunla razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil ediblər.

Onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün Səfail martın 22-də, gecə saat 01 radələrində onun evinə gələcəyini deyib. Rahim isə gecə saat 01 radələrində yaşadığı evin zirzəmisində qanunsuz əldə edərək saxladığı "TOZ-8” markalı tüfəngi götürüb və saz vəziyyətdə olmasını yoxlamaq məqsədi ilə 1 ədəd patronu tüfəngə qoymaqla zirzəmidə olan ağ dəmir lövhəyə tuşlayaraq atəş açıb.

Küçə lampaısının sındırılması

Daha sonra Rahim Mirzəyev tüfənglə birgə 2 ədəd patronu götürərək patronlardan birini tüfəngə qoyaraq atəşə hazır vəziyyətə gətirib. Bu vaxt həyətə gəlmiş Səfail Yunusova evdən götürdüyü fənəri verib və Namiqi küçəyə çağırmasını, sonuncunun isə qapıdan çıxan zaman fənərin işığını yandırıb onun gözünə saldıqdan sonra ona atəş açacağını deyib.

Rahim Mirzəyev Səfail Yunusov ilə bir daha birgə razılığa gələrək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Namiq Qubatovun yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində olan evinin qarşısında olarkən, özlərini büruzə verməməsi üçün, sonuncunun darvazasının sol tərəfində, hasardan asılmış və küçəni işıqlandıran elektrik lampasını tüfəngin lüləsi ilə sındırıb.

Səsini dəyişdi, gözünə işıq saldı və öldürdü

Sonra isə darvazanın giriş qapısını ayağı ilə 3-4 dəfə döyərək, evdəkilərin onu tanımaması üçün səsini və adını qəsdən dəyişərək Namiqi küçəyə çağırıb.

Səfail Yunusov həmin vaxt ondan arxa tərəfdə duraraq ətrafa göz gəzdirib və Namiq Qubatov evin həyətinin giriş qapısından küçəyə çıxan zaman fənərin işığını onun gözünə salıb, o isə darvazanın digər tərəfində tüfəngdən Namiq Qubatovun baş nahiyəsinə qəsdən 1 dəfə atəş açıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Bundan başqa, Rahim Mirzəyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Kürdəmir rayonunun Yenikənd kəndində yaşayan İsmət İsmayılovun Rusiya Federasiyasının Moskva şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını bilib, yaşadığı evdə çoxlu sayda qızıl-zinət əşyalarının və pulunun olmasını güman edib.

O, İsmət İsmayılovun evində yaşayan arvadı Afət İsmayılovanın və iki azyaşlı uşaqlarının həyatı, sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə Səfail Yunusov ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib.

Tanınmaması üçün cildini dəyişdi

Rahim Mirzəyev cinayətkar niyyətini həyata keçirilməsini asanlaşdırmaq, məsuliyyətdən kənarda qalmaq, eləcə də tanınmasının qarşısını almaq və zərər çəkmiş şəxsin müqavimətini qırmaqdan ötrü iki cüt fəhlə əlcəyi, taxta parçası və məlum olmayan mənbədən bıçaq əldə edib.

O, başına papaq taxıb, üz nahiyəsinə şərf dolayaraq, əyninə isə uzun gödəkçə geyinib. Avqustun 23-də, gecə saat 03 radələrində Afət İsmayılovanın və ailə üzvlərinin yaşadığı evinə qanunsuz girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan basqın edib.

Qadın evində taxta parçası ilə döyüldü

Həmin vaxt Rahim Mirzəyev evdə olan Afət İsmayılovanın saçlarından yapışaraq yerə yıxıb, onun müqavimətini qırmaq üçün, taxta parçası ilə baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurub.

Daha sonra ondan evdə olan pul və qızıl-zinət əşyalarının yerini bildirməsini tələb edib. Həmin vaxt yanlarında dayanmış Səfail Yunusov da Afət İsmayılovaya təzyiq göstərmək məqsədi ilə istifadə olunan həmin taxta parçasını ondan alıb, sonuncuya xəsarətlər yetirib.

33 min manatlıq əmlak

Həmin vaxt o, Afət İsmayılovanın pulun yerini deməyəcəyi təqdirdə silah qismində istifadə etdiyi bıçaqla aşkar surətdə azyaşlı və köməksiz vəziyyətdə olan uşaqları Fərid İsmayılzadəni və Gülanə İsmayılovanın həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələməsini davam etdirib.

Afət İsmayılovadan pulun yerini öyrənib. O, yataq otağında çarpayının alt hissəsində qadın çantasının içərisində saxladığı pul və qızıl-zinət əşyalarını götürüb. Onlar basqın yolu ilə 33.289 manat dəyərində xeyli miqdarda əmlakı ələ keçiriblər.

6 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

İki qohumun cəzası və narazılıq

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Rahim Mirzəyev 18 il 6 ay, Səfail Yunusov isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Rahim Mirzəyev cəzasının 2 ilini həbsxana rejimində, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində, Səfail Yunusov isə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmələri qərara alınıb.

Hökmdən narazı qalan Rahim Mirzəyev apelyasiya şikayəti verib. O, təyin edilmiş cəzadan narazı qaldığını, işinə yenidən baxılmasını istəyib.

Hımçinin digər təqsirləndirilən Səfail Yunusov da apelyasiya şikayəti verib. O, barəsində təyin edilmiş cəzanın ağır olduğunu və yüngülləşdirilməsini xahiş edib.

Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətlərinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib./publika.az/



Oxşar Xəbərlər

Xəbər lenti