"Azərbaycan Kərkük türklərinin mənəvi bağı daha da güclənməlidir" - VİDEO

"Azərbaycan Kərkük türklərinin mənəvi bağı daha da güclənməlidir" - VİDEO

 

"Kərkükdən səsləniş" kitabının müəllifi Şəmsəddin Kuzəçi Azərbaycan türklərinə səslənir

"Kərkükdə, İraq türkmənellərində yaşayan türkmənlər hər nə qədər uzaq olsalar da könülləri Azərbaycandadır”

Azərbaycanın bir zamanlar İraq ölkəsinə qədər böyüyən ərazisi əsrlər keçdikcə kiçilsə də iraq ölkələrdə qalan soydaşlarımızın ölkəmizə olan mənəvi bağı hələ də saxlanır. İraqın Kərkük vilayətində doğulan araşdırmaçı, pedaqoq, jurnalist, şair, publisist Şəmsəddin Kuzəçi də Azərbaycanı özünün ikinci vətəni hesab edir. Bunu İraq, Türkiyə və Azərbaycan əlaqələrinin körpüsü missiyasını daşıyan tanınmış yazarın şerləri, yazıları, özü də deyir.

Bu günlərdə Ankarada Türkməneli Kültür Mərkəzində olduq. Mərkəzə "Hürriyyət" qəzetindən nümunələr təqdim etdik.

Şairsə bizə Azərbaycanın "Elm və təhsil" nəşriyyatında dərc olunan "Kərkükdən səsləniş" kitabını təqdim etdi. Kitabın ilk səhifələrində yazılır: "Bu kitabımı ikinci vətənim odlar yurdu can Azərbaycanın əziz adına bağışlayıram" və yazar Azərbaycana doğmalığıq, yaxınlıq bel ifadə eləyir: "Bir kərə yüksələn bayrağın bir daha enməsin, doğma Azərbaycanım!"

İraq, Türkiyə, Azərbaycan, Ərəb və Avrasiya yazarlar birliyinin üzvü olan Şəmsəddin Kuzəçi hesab edir ki, bu qeydləri oxuyan hər bir Azərbaycanlı, eləcə də bütün dünya türkləri Kərkükdəki soydaşlarının gerçək durumunu anlayacaqlar: "Kərkükdə, İraq türkmənellərində yaşayan türkmənlər hər nə qədər uzaq olsalar da könülləri Azərbaycandadır. Qarabağda Azərbaycan türkünün, Kırımda Kırım türkünün, Doğu Türkistandakı türkmən qardaşlarımızın çəkdiyi çilələrdən xəbərdardır. Çünki bizlər də türk olduğumuz üçün başımız çox bəlalar çəkir. Bütün türk dünyasının sıxıntıları, soruları kitabda da yer alan "Tək suçum türk olmaqdır" şerində ifadə olunub. Umarım bu kitab da Azərbaycan Kərkük türklərinin mənəvi bağının daha da güclənməsinə dəstək olacaq və Azərbaycanı özümə çox doğma hiss etdiyim üçün bunu çox arzulayıram".

Şair "Kərkükdən səsləniş" şerində deyir:

"Günəşim var, ayım var,
Sabahlardan qayğım var.
Bu yurddan neçe keçim,
Hər daşında payım var.

...Baba bu gün, "Türkməni
Görən duyar türk məni;
Nə suçum, nə günahım,
Anam doğmuş türk, məni..."

Qeyd edək ki, kitabın məsləhətçisi tanınmış ədəbiyyatşünas, folklorçu alim, proffesor Qəzənfər Paşayev, rəyçisi millət vəkili Qənirə Paşayevadır. Nəşri Azərbaycan türkcəsinə ədəbiyyatşünas alim Rəsmiyyə Sabir uyğunlaşdırıb.

Sevil Ünal,

Ankara

 


 
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}