8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şəki rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Rayonun Aşağı Göynük kəndində yaşayan və müəmmalı səbəbdən intihar edən 1997-ci il təvəllüdlü Mirzəyeva Sitarə Ramiz qızı nişanlı olub.
Bildirilir ki, 21 yaşlı Sitarənin atası aşpaz, anası isə orta məktəb müəllimidir. Dünən anası işdən gələndə qızının evdə asılı vəziyyətdə qalmış meyitini tapıb. Onun üzərindən hər hansı məktub tapılmayıb. Hadisə yerinə gələn istintaqçılar gənc qızın telefonunu araşdırma üçün götürüb.
Kənd sakinlərinin bildirdiyinə görə, intihar edən 21 yaşlı Sitarənin bu ayın 6-da toyu olacaqmış. Artıq toy üçün dəvətnamələr də paylanılıbmış.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.