Bakıya ilk qar yağacaq - Hava proqnozu

Bakıya ilk qar yağacaq - Hava proqnozu

 

Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinə səbəb Aralıq tsiklinin ölkə ərazisinə yaxınlaşmasıdır.

 
 

Yenicag.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ötən günlə müqayisədə havanın temperaturu kəskin -10 dərəcə aşağı enəcək:

"Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yanvarın 17-dən 18-ə keçən gecə rayonlarda yolların buz bağlama ehtimalı var. Eyni zamanda, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənilir və havanın temperaturu 0-2° isti olacaq”.

U.Tağıyeva qeyd edib ki, yanvarın 17-dən ilk olaraq Naxçıvan Muxtar Respublikasından, Dağlıq Qarabağ, Qazax, Gəncə bölgəsində bu proses özünü göstərəcək. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33 m/s, arabir 35-38 m/s-ə çatacağı ehtimal olunur.

Departamentin direktoru əlavə edib ki, dənizdə dalğanın hündürlüyü 8-10 metrə qədər qalxacaq.




Oxşar Xəbərlər

Xəbər lenti