17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirir ki, paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 0-3 şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da arabir qar yağacağı gözlənilir. Bəzi rayonlarda intensiv olacağı ehtimal var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.