27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Elmar Məmmədyarov nazir kimi, Akif Nağı da Qarabağ təşkilatının rəhbəri kimi guya Qarabağ üçün nəsə bir iş görürlər. 25 ildir ki, biz Qarabağsızsıq, yüz minlərlə gənc sənəddə qarabağlı sayılsalar da, Qarabağı görməyiblər. Sözümün canı odur ki, Qarabağ məsələsinə ciddi yanaşmaq lazımdır. Kimlərinsə sifarişi ilə hansısa qurum yaratmaqla iş bitmir. Baş qatmaqdan ötrü yaratdılar. Sonra da kimlərsə siyasi alverə başladırlar. Siyasi alverin də sonu bu cür olmalı idi. Diqqət edirsinizsə, son dövrlər milli birlik çağırışları edənlərin əksəriyyəti milli birliyə mane olanlardır.
Artıq cəmiyyətdə ayılma gedir, hamı bir-birini yaxşı tanıyır. Vaxtiylə deyirdim ki, Əli Kərimyə hakimiyyətin içindən və kənardan dəstək verənlər var, bəzilər ağız büzürdü. İndi mənim dediklərimin hamısı öz təsdiqini tapmaqdadır. Bu adamlar Azərbaycanı uçuruma aparırlar. Ona görə də cəmiyyət də diqqətli olmalıdır. Müxalifətliderlərinin bir ayağı Avropadadır. Həm ordakı rəhbərlərindən komanda alırlar. Həm də min bir oyundan çıxıb qanunsuz əməllərlə məşğuldurlar. Buna görə də içlərindən dağılırlar, bir-birlərini ifşa edirlər. Milli Şuradı nədi, o qurumun sədri Cəmil Həsənlinin də kitablarını kimlər çap etdirir, kim pul buraxır, hamısı açılıb. Bu adamların əsl siması artıq xalqa məlumdur. Ona görə də xalq onların deyil, bizim ərtafımızdadır”.
Partiya sədri onu da nəzərə çatdırıb ki, hakim komanda daxilində də Prezidentin siyasətinə qarşı gedənlərin sayı artıb. Onun sözlərinə görə, artıq zərərli məmurların sıradan çıxarılması prosesinə start verilib.
"İndi özlərini oqrumaq üçün bəziləri qaçıb xəstəxanaya gedir ki, buna kiminsə yazığı gəlsin. Sabiq "Qaçqınkom” sədri Əli Həsənov xəstəxanaya qaçıb ki, guya vəziyyəti ağırdır. Amma 2 milyardl yeyəndə kefi saz olurdu. Başqaları da xaricə qaçmaq istəyirlər. Əvvəl dövlətin pulunu qaytarsınlar, sonra hara gedirlər getsinlər. Artıq radikal müxalifətlə əməkdaşlıq edən məmurların da iç üzünü açmaqdayıq. Prezidentin apardığı son islahatlar hakimiyyətin daxilindəki mənfur qüvvələri pat vəziyyətində qoyur. Biz də bu mübarizədə ölkə başçısının yanında olmalıyıq. Hesab edirəm ki, hökumətlə parlament buraxılmalıdır. Meşədə əzgillə zoğalı ayırd edə bilməyən şəxs baş nazirdir. Prezident onun qalmaqallı qərarını da ləğv elədi. Bütün bunları nəzərə alıb komandanı təmizləmək lazımdır” – deyə partiya sədri fikrini tamamlayıb.