Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bu niyyətin arxasında cinayətlərin bir nəfərə yüklənməsi cəhdi var
Azərbaycan yeni bir bank qalmaqalının ərəfəsindədir. Həm də aydın görünür ki bunu görən, hiss edənlər var və həmin şəxslər gündəmə gələ biləcək hüquqi məsuliyyətləri ilə bağlı məsələdən yayınmaq üçün "günah keçisi” yaratmağa və bütün cinayətləri ona yükləməyə çalışırlar. Bu "günah keçisi” isə bir zamanlar böyük prespektivlər vəd edən gənc bankir Emin Zeynalovdur. Bu şəxs gənc yaşlarında "Kapital Bank” ASC-nin Xəzinədarlıq departamentinin direktoru olub. Sonradan onu gözləyən fəlakətlərdən xəbərsiz halda "Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Mahmud Məmmədovun təkidli dəvətlərindən sonra 2017-ci ildə "Günay Bank”ın "Xəzinədarlıq və Müxbir Əlaqələr” departamentinin direktoru vəzifəsinə transfer olunub. Çox qısa müddət sonra Mahmud Məmmədovun israrı ilə "Günay Bank” ASC-nin İdarə Heyyətinin sədr müavini vəzifəsinə təyin olunub. O zaman Emin Zeynalov da, onun ailə üzvüləri bütün bu "etimad”ların arxasında dayanan niyyəti görə bilməzdilər. O niyyətin üzə çıxmasına isə böyük zaman məsafəsi tələb olunmur.
Cəmi bir neçə ay sonra Emin Zeynalovun 100 milyon oğurlayıb qaçması haqqında məlumatlar mətbuata ötürülür və bunun tirajlanması təmin edilir. Gənc bankir ciddi qaralama kompaniyasına məruz qaldıqdan sonra ailə üzvülərinin iddia etdiyinə görə, 20 iyun 2018-ci ildə "Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədovun mühafizəçiləri tərəfindən zorən avtomobilə oturdularaq xalq arasında "bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq, həmin qurumun əməkdaşlarına təvil verilib. Bu hərəkət Azərbaycan qanunvericiliyi ilə cinayət əməli kimi tövsüf olunsa da, Emin Zeynalovun özünün və ailə üzvülərinin müraciətlərində yer alan bu iddia ilə bağlı heç bir araşdırma aparılmır və Mahmud Məmmədovun mühafizəçilərinin əməli görməzdən gəlimir.
Emin Zeynalovun "Günay Bank”dakı qısa fəaliyyəti dövrü ilə heç cürə uyğunlaşmayan, ancaq bu gün məruz qaldığı ittihamalarla bağlı çox ciddi araşdırmaya ehtiyac var və "Yeni Sözçü” Qəzetinin Araşdırma Qrupu bu araşdırmanı aparmağa çalışacaq. Eyni zamanda Azərbarycanın ən müammlı iş adamlarından biri kimi xarakterizə olunan Mahmud Məmmədovun bankında hansı maliyyə fırıldaqları və qanunsuz əməllərin baş verməsi haqqında məlumatları da araşdırmağa çalışacağıq.
Hələlik isə, gənc bankir Emin Zeynalovun məhv edilməsinə çalışması ilə bağlı qənaətin haradan yarandığına aydınlıq gətirmək istəyirik. İnanrıram ki, aşağıda qeyd edəcəklərimizi oxuduqdan və təhlil etdikdən sonra əziz oxucular Siz də Emin Zeynalovdan "günah keçisi” yaradılmasına edilən cəhdləri fərq edəcəksiniz.
İlk diqqəti çəkən məqam ondan ibarətdir ki, Emin Zeynalov ötən ilin iyunundan həbsdə olsa da onun hansısa "cinayət”in qurbanı yalnız indi dələduzluqla üzləşdiyini fərq edir və həm çox maraqlıdır ki, məruz qaldığı "dələduzluq”la bağlı istintaq orqanına deyil, mətbuata müraciət edir. Çox haqlı olaraq sual yaranır, niyə istintaq orqanına deyil, mətbuata müraciət edilir? Aydın görünür ki, Emin Zeynalovdan "günah keçisi” yaradılması üçün onu hər çürə cinayətlərin təşkilatçısı kimi qələmə vermək və bununla da gənc bankirin məhv edilməsinə nail olmaq qərara alınıb.
Digər diqqəti çəkən məqam ondan ibarətdir ki, "Günay Bank”la bağlı məlumatların mətbuata yol tapdığı ilk vaxtlarda Mahmud Məmmədovun özünün adı ilk sırada yer alırdı. Sonradan hansısa olaylar baş verir və Mahmud Məmmədovun adı daha çox zərərçəkən qismində təqdim olunmağa başlanılır. Əgər bu dəyişmə eyni redaksiyanın yanaşmasında və məlumat yaymasında baş verirsə, deməli düşünməyə əsas var. Necə olur ki, bir müddət əvvəl Mahmud Məmmədovu ən ağır cinayətlərdə ittiam edən redaksiya indi bütün günahları Emin Zeynalova yükləməyə çalışır?
Emin Zeynalovdan "günah keçisi” yaradılmasına ciddi cəhdlərin edilməsi ilə bağlı qəanət yaradan üçüncü məqam isə gənc bankirin həbsdə olması ilə kifayətlənməyərək onun ailə üzvülərinin qaralanma kompaniyasına start verilməsidir. Belə görünür ki, onun ailə üzvüləri ilə bağlı iddiaları gündəmə gətirənlər bununla Emin Zeynalovun iradəsini sındırmağa, bütün günahları öz üzərinə götürməsinə nail olmağa çalışırlar.
Aydın görünür ki, kimlərsə Emin Zeynalovun həqiqətləri bəyan etməsindən bərk narahatdır və hər vəclə onu susdurmağa çalışırlar.
Bütün bu şübhələr bizi ciddi araşdırma aparmağa vadar edir. Həmin araşdırmada Emin Zeynalovun ittiham edildiyi ağır cinayətlərdə başda "Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədov olmaqla Bankın rəhbər şəxslərin hansı rol oynadıqlarına aydınlıq gətirməyə çalıacağıq.
Son olaraq onu qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından saxta sənədlər əsasında talançı iş adamlarına külli miqdarda kreditlər verilməsi haqqında ilk məlumatlar "Yeni Sözçü” qəzeti tərəfindən üzə çıxarıldı. Bu o zamanlar ki, Cahangir Hacıyev tam toxunlmaz oliqarx hesab olunurdu. İndi yenə tarix təkrar olunur və başqa bir müammlı bankir, "Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədovun fəaliyyəti ilə bağlı araşdırma aparıb həqiqətləri çıxarmaq deyəsən, yenə bizim üzərimizə düşəcək.
Arzuman Loğmanoğlu