Qoşqar Təhməzliyə ŞOK İTTİHAM: ““Leş Tofiq”ə sertifikat verib”

Qoşqar Təhməzliyə ŞOK İTTİHAM: ““Leş Tofiq”ə sertifikat verib”

 

"Qida Təhlükəsizlik Agentliyi "Leş Tofiq”ə sertifikat verib”.

 

Bu sensasion bəyanatla üçün Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış edib. Ekspert BakuPost.az-a açıqlamasında bildirib ki, aparılan araşdırmalar nəticəsində bəlli olub ki, onlara fəaliyyət göstərmək üçün rəsmi icazə verilib:

 

"Bu məsələ ilə bağlı monitorinqlər aparılır, fəal işlər görülür. İstehlakçının telefon zənginin əsasında mənə verilən məlumata görə, "Leş Tofiq”in kəsim yerinə sertifikat verilib. Görünür, onların göstərdikləri yaxşı məkanlara baxış keçirilib və buna əsasən də sertifikat verilib.

Bu cinayətkar dəstə əsas işini isə başqa yerlərdə həyata keçiriblər və o məkanlara hansısa aidiyyəti qurum əməkdaşının baxmaq imkanı olmayıb”.

 


 

Eyyub Hüseynov leş ətlərin xəstəlik mənbəyi, çox təhlükəli olduğunu bildirib: "Leş ətlərin insan orqanizmə böyük fəsadlar vura bilər. Leş ətlər xəstəlikdən ölmüş heyvanlardır. Ona görə də bu ətlər vasitəsilə heyvan xəstəliklərinin insanlara keçmə ehtimalı yükəksidir”.

 

İttihamlarla bağlı Qida Təhlükəsizlik Agentliyinə sorğu göndərmişik, cavablarını təqdim edəcəyik.

 

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən leş ətlərinin satışıyla məşğul olan şəbəkənin fəaliyyəti ifşa edilib. Dəstəyə başçılıq edən "Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.



Oxşar Xəbərlər

Xəbər lenti