Görəsən Yasamaldakı heyvan kəsim məntəqələrinin qeyri qanuni fəaliyyətini AQTA görürmü?

       

Görəsən  Yasamaldakı  heyvan kəsim məntəqələrinin qeyri qanuni fəaliyyətini AQTA görürmü?

 

    

     Bu günlərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Angentinin (AQTA) rəhbəri  Qoşqar Təhməzli  yay rejiminə keçidlə bağlı Bakıda və regionlarda fəaliyyət göstərən  iaşə obyektlərində, iri marketlərdə və  heyvan kəsim məntəqələrində monitorinqlərin başlanmasını bəyan etdi.  Monitorinqin kecirilməsi ilə  bağlı  bir məsələni qeyd etmək lazımdır ki, AQTA hər il bir necə dəfə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsim məntəqələrində belə  tədbiri həyata keçrir. Agetliyin mətbuat xidmətindən verilən məlumata görə bu tədbirin keçirilməsində əsas məqsəd Bakı şəhərində və regionlarda mövcud vəziyyətin öyrənilməsi və əhalinin təhlükəsiz qida məhlulları ilə təmin edilməsi və heyvan kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə əməl etmələrini aydınlaşdırmaqdı.

      Bundan əvvəl AQTA tərəfindən keçrilən monitorinqlərin nəticəsi mətbuatda işıqlandırılsa da,  Bakı şəhərində, ətraf rayon və qəsəbələrdə  fəaliyyət göstərən  heyvan kəsim məntəqələrindəki vəziyyət elə də ürək acan deyil. Buda ondan irəli gəlir ki, görünür Agentliyin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən keçrilən  monitorinqlər ancaq hesabat üçün təşkil olunur. Əgər belə olmasa idi baytarlıq-sanitariya və gigiyenə normalarına cavab verməyən heyvan kəsim məntəqələri  öz fəaliyyətlərini davam etdirməzdi.  Misal üçün  ötən il " Heyvan kəsmi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı  Qida Təhlükəsizliyi Agetliyinin, Daxili İşlər Nazirliyinin və Yasamal rayon İcra Hakimiyyətinin rəhbərlərinin iştirakı ilə aparılan yoxlama zamanı rayon ərazisində fəaliyyət göstərən qanunsuz heyvan kəsim məntəqələrinin sahiblərinə  verilmiş ciddi xəbərdarlığın bir nəticəsi olardı. Çünki, Yasamal rayonunda elə bir dəyşiliyin baş verməmədiyini  redaksiyamıza Məhhəmməd Xiyabanı küçəsinin  sakinləri  və M. Şərifzadə küçəsində yerləşən 2 saylı tibbi kollecinin tələbələri tərəfindən yazılmış məkyublar da təsdiqləyir. Yəni  M. Xiyabanı və M. Şərifzadə küçələrinin kəsişməsində yerləşən heyvan kəsim məntəqəsi son illər necə fəlayyət göstərirdisə də elə də öz fəaliyyətini davam etdirir.  Eyni ilə M. Xiyabani küçəsində  yerləşən çoxsayı  heyvan kəsim məntəqələri də onun kimi.  Ona görə də sakinlər və tələbələr bu ərazidəki  yol kənarında yerləşən qida təhlükəsizliyinin tələblərinə uyğun olmayan, baytarlıq-sanitariya və gigiyenə normalarına cavab verməyən yerlərdə heyvan kəsimi ilə məşğul olan şəxslərin qanunsuz fəaliyyətlərinin  dayandırılmasını tələb edirlər. 

      Həqiqətən bu gün 2 saylı tibbi kollecinin ətrafı və M. Xiyabani küçəsi qəssabxanaya dönüb. Harada gəldi, sağlamlığı məlum olmayan heyvanlar kəsilib, satılır.  Bəzi ət kəsim yerlərinin yanından iyidən keçmək olmur. Bəzilərində  isə nə soyuducu var, nə də kəsilmiş ətlərin sağlamlığını təsdiqləyən baytar möhürü. Ancaq onuda qeyd etmək lazımdır ki,  bütün bu nöqsanlara baxmayaraq insanlar bazardan, mağazadan çox gözlərinin qarşısında kəsilmiş əti almağa üstünlük verirlər. Bunun isə əsas səbəbi insanların baytar möhürünə olan inamsızlığı ilə bağlıdır. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  nəzarəti elə formada həyata keçirməlidirlər ki, istehlakçılarda ianam yaransın.

 

A.Məmmədli,

"Yeni Sozçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti