8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Prezident seçkilərinin nəticələrini şübhə altına almaqla bağlı bütün cəhdlər iflasa məhkumdur”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş naziri Mamuka Baxtadze bildirib.
O deyib ki, ölkədə hamının ifadə azadlığı var: "Lakin əgər kimsə qeyri-sabitlik yaratmaq istəsə, belə cəhdlərin hamısına qanun çərçivəsində cavab veriləcək”.
M.Baxtadze seçkilərdə təxminən 2 milyon seçicinin iştirak etdiyini söyləyib: "Bu bir daha sübut edir ki, Gürcüstanın yüksək məsuliyyətli cəmiyyəti var və buna görə də hamı gürcü xalqının seçiminə hörmət etməlidir. Biz üsyan, revanş ssenariləri, iğtişaşlara cəhdlər və ictimai həyatda ziddiyyət yaratmağa yol verməyəcəyik”.
Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52% səslə dövlət başçısı seçilib. Seçkilərdə məğlub olan müxalif Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadzenin təmsil olunduğu birləşmiş müxalifət seçkilərin nəticələrini tanımadığını bildirib. Müxalifət dekabrın 2-də növbədənkənar parlament seçkiləri tələbi ilə Tbilisinin mərkəzi Rustaveli prospektində dinc kütləvi aksiya keçirəcək.