Tbilisidə keçirilən aksiyada 20 nəfər saxlanılıb

Tbilisidə keçirilən aksiyada 20 nəfər saxlanılıb

 

Ötən gün Tbilisidə parlament binası qarşısında keçirilən aksiya zamanı 20  nəfər saxlanılıb.

24News.ge xəbər verir ki, saxlanılanlar bu gün müvəqqəti saxlama təcridxanasından Tbilisi Şəhər Məhkəməsinə göndəriliblər.  Saxlanılanların əksəriyyəti polisə müqavimət və xuliqanlıq maddələri ilə ittiham edilirlər. 

Qeyd edək ki, ötən gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.


Oxşar Xəbərlər

Xəbər lenti