İCRA BAŞÇISI 220 MİNLİK MAŞINI ALASI OLMADI – “Köhnəni müavinə verəcəkdi…” (Yenilənib)

 

 Kəlbəcər rayon İcra Hakimiyyəti dünəndən gündəm olan bahalı maşın tenderi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov "Yeni Sabah”a açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə tender elanı yayılıb:

"Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var, heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”.

K. Zamanov bildirib ki, elan dərc olunandan sonra böyük səs-küy yaranıb. Buna görə də, bu gün İcra Hakimiyyətində məsləhətləşmə aparıb maşının alınması təxirə salınacaq: "Ehtiyac yoxdur…”

Sektor müdiri maşının hansı niyyətlə alınmasından da danışıb: "Açıq deyirəm ki, 3 ildən artlıqdır başçnın birinci müavininin minik avtomobili yoxdur. Bizim aparatda cəmi 3 maşın var və başqa maşına da ehtiyac var. Başçı onu özünə alıb, köhnə maşını müavinə verəcəkdi. Bizə qanunla 5 maşın norması var. Amma 3 maşınla idarə etməyə məcburuq”.

IMG_0122

Rəsmi Vikipediya səhifəsində yazılır ki, Aqil Məmmədov 1 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. Ali təhsillidir. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb (52 yaşında?).

O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı "Ağdaban” kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Bakı şəhərində və keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu "Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib.

2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında çalışır. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışıb, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. O, 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir. Ailəlidir. 2 övladı var.

Bu icra başçısı ilə bağlı rəsmi tərcümeyi-haldır. Amma internetdə onunla bağlı kifayət qədər maraqlı iddialara da rast gəlmək mümkündür. 

Məsələn, qeyd olunur ki, 1990-98-ci illərdə A. Məmmədov Azərbaycanda fəaliyyət göstərən və o zaman ölkəmizdə geniş yayılan xristian dini sektaların birinin fəal üzvlərindən olub.

Ən maraqlı iddialardan biri isə budur: bədən tərbiyəsi üzrə mütəxəssis olmasına baxmayaraq, icra başçısı sağlamlıq problemlərinə görə hərbi xidmətdə olmayıb.

* * *

Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması üçün tender elan edib.

"Yeni Sabah” xəbər verir ki, bununla bağlı İcra Hakimiyyəti rəsmi qəzetlərdə tender elanı yayıb. Bundan sonra məcburi köçkün rayonu olan Kəlbəcərin icra hakimiyyətinin belə bahalı avtomobil almaq niyyəti tənqid olunub.

Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil.

Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır.

289969_src




Oxşar Xəbərlər

Xəbər lenti