Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Bu gün səhər saatlarında Sabirabad şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, çağırışa gedən "KamAZ” markalı yanğınsöndürən maşınla Sabirabad rayon sakininin idarə etdiyi 10 BO 312 dövlət nömrə nişanlı "VAZ-2106” markalı minik avtomaşını toqquşub. Hadisə nəticəsində minik avtomaşının aralarında azyaşlı uşaq da olmaqla 3 nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarələri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Virtualaz.org