Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİN REKTORUNDAN PREZİDENTƏ ŞİKAYƏT
Universitetin bir qrup əməkdaşı dövlət başçısına bu ali təhsil ocağındakı dözülməz və təhlükəli vəziyyətdən, rektorun «ailə və dostluq podratı» siyasətindən yazıblar…
«Təzadlar» qəzeti redaksiyasına daxil olmuş şikayətə münasibətini öyrənmək üçün həmin şikayəti rektorun rəsmi elektron poçtuna göndərmişik. Lakin hələki cavab yoxdur. Həmçinin rektorla telefon əlaqəsi saxlamağa çalışsaq da, hələki bu da baş tutmur. Odur ki, həmin şikayəti kiçik ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
surəti: Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
əməkdaşları tərəfindən
AÇIQ MƏKTUB
Möhtərəm cənab Prezident!
Çox hörmətli Mehriban xanım!
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin vəziyyəti son dərəcə təhlükə qarşısındadır. Biz ADPU-nun bir qrup əməkdaşı olaraq, dəfələrlə müxtəlif instansiyalara, həmçinin Təhsil Nazirliyinə müraciətimizdə də bəyan etmişik ki, universitet pedaqoji statusunu itirmək təhlükəsi ilə üzləşmişdir. Rektor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin yüksək dəyər verdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil sistemini darmadağın etməyi, sanki qarşısına məqsəd qoymuşdur və buna qismən də nail olmuşdur.
Rektorun bu qanunsuz əməlləri ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsək də, çox təəssüflə qeyd edirik ki, onun özbaşınalığının qarşısı alınmamışdır. Çünki Cəfər Cəfərovun özünün də dəfələrlə bəyan etdiyi kimi, o, Prezident Administrasiyasının və Təhsil Nazirliyinin rəhbərliyində təmsil olunan məmurlar tərəfindən daima himayə olunub. Belə ki, onun əməllərinin Prezidentin köməkçilərindən biri, rektorun tələbə yoldaşlarından olmuş şəxs tərəfindən ört-basdır edildiyi haqda səhih məlumatlar var. Hətta bu şəxsin Təhsil Nazirliyinin rəhbərliyində çalışan bəzi səlahiyyətli şəxslərə də təzyiq göstərdiyi bildirilir.
Belə iddialar da vardır ki, Cəfər Cəfərov məhz onu himayə edən bu kimi məmurların dəstəyi ilə rektor vəzifəsinə gətirilərək, 22 mindən çox tələbəsi olan ADPU-nu korrupsiya və qohumbazlıq meydanına çevirmişdir. Təsadüfi deyil ki, o, bu vəzifəyə təyin olunduqdan az sonra bibisi nəvəsi olan 25 yaşlı Ümid Mehdiyevi Maliyyə və təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin etmişdir. Hansı ki, bu təyinat nəticəsində ADPU-da qısa müddətdə ciddi yeyinti faktları aşkarlanmışdır və nəticədə külli miqdarda dövlət vəsaiti mənimsənilmişdir. Lakin maliyyə pozuntularına yol verdiyinə görə, rektor Ümid Mehdiyevi həmin vəzifədən çıxarmaq əvəzinə, guya "cəzalandırmaq” məqsədilə onu özünə 2-ci müşavir təyin etmişdir. Nəzərə alaq ki, hazırda heç bir rektorun 2 müşaviri yoxdur, hətta təhsil nazirinin belə, cəmi 1 müşaviri var.
Bundan əlavə, C.Cəfərov, tədris sahəsində böyük təcrübəsi və tədris təşkilatçısı olan mütəxəssisi Tədris işləri üzrə prorektorluqdan azad edərək, onun yerinə pedaqoji təhsil sistemi ilə əlaqəsi olmayan Eldar Aslanovu, Tədris işləri üzrə şöbə rəhbərliyinə isə ərzaq sahəsi üzrə mütəxəssis olan, özünün əvvəl çalışdığı Turizm və Menecment İnstitutundan gətirdiyi Sənan Əliyevi təyin etmişdir. "Fizika və texnologiya” fakültəsinin dekanını («Şöhrət» ordenli, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professoru) dəyişərək, onun yerinə BDU-nun laborantı, 50 yaşı olan və bir gün belə müəllim işləməmiş, həyat yoldaşının xalası oğlu Arzu Daşdəmirovu əmrlə dekan təyin etmişdir. Bununla da o, fakültənin elmi şurasına və metodiki şuraya rəhbərlik etməli olmuşdur.
Müasir təhsil strategiyasının prinsiplərindən xəbərsiz olan Cəfər Cəfərov Pedaqoji Universitetin rəhbər kadr potensialını beləcə məhv edərək, onları turizm eksperti, əmtəəşünas, ərzaq sənayesi üzrə mütəxəssis, gömrük içşisi və s. kimi qeyri-ixtisasçı qohumları ilə əvəz etmişdir. Onun "gücləndirdiyi kadr siyasəti” budur.
ADPU-nun rektoru qardaşı qızının həyat yoldaşı olan Vüsal Xəlilovu Tələbələr şöbəsinə müdir, bibisi nəvəsinin həyat yoldaşı olan Çinar Qaybalıyevi Təsərrüfat işləri üzrə prorektorun müavini və şöbə müdiri, onun dayısı olan Afət müəllimi komendant, öz xalası oğlu Araz Xəlilovu İdman kulubuna müdir təyin etmişdir.
Bundan başqa, C.Cəfərov kimliyi kollektivə məlum olmayan və vaxtilə mərhum dövlət başçısı, ümumilli lider Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyindəki vəzifəsindən qovulan Aydın Kərimov adlı yaxın adamını da qeyri-rəsmi olaraq universitetin baş hüquqşunası və eyni zamanda attestassiya komissiyasının sədri kimi işlədir.
ADPU-nun rektoru onun barəsində Təhsil Nazirliyinə, Prezident Administrasiyasına və digər yuxarı təşkilatlara yazılan şikayət məktublarına və ərizələrinə yalan cavab verir. Yuxarı təşkilatlara yazılan şikayət ərizələrinin isə bir cavabı vardır: "Ərizəniz baxılmaq üçün Təhsil Nazirliyinə göndərilmişdir”. Hansı ki, rektorun tələbə yoldaşı olan, yuxarıda qeyd etdiyimiz şəxsin təzyiqi ilə həmin məktublar Təhsil Nazirliyində "quyuya" düşmüşdür. O cümlədən, hüquqları pozulan əməkdaşlar məhkəmələrə müraciət etdikdə, rektor Cəfər Cəfərov yenə də himayədarlarınını dəstəyi ilə hakim qərarlarına təsir göstərmiş, nəticədə bütün şikayətləri "haqsız" çıxarmışdır.
Belə faktları davam etdirmək də olar. Budurmu rektorun "humanizmi”, onun əməkdaşlara "qayğısı və diqqəti”?
Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!
Haqqa nahaq donu geyindirməyi böyük məharətlə bacaran, haqqı bilərəkdən gizlətməkdə və tapdalamaqda mahir olan, elmi və pedaqoji cəhətdən heç bir səriştəsi olmayan Cəfər Cəfərov hazırda da çoxminli kollektivə meydan oxumaqda davam edir. Bu səbəbdən, inanmaq istəyirik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun davam edən ədalətsiz hərəkətlərinin qarşısını almaq üçün təcili olaraq dövlət səviyyəsində qəti tədbirlər görüləcək və kütləvi şəkildə hüquqları pozulan universitet əməkdaşlarının hüquqlarının bərpası üçün təcili əməli tədbirlər görülərək, rektor C.Cəfərovun özbaşınlığına son qoyulacaqdır.
Yuxarıda göstərilən faktların düzgünlüyünü öz imzalarımızla təsdiq edirik.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları:
Murquzov Mirzəli İsmayıl oğlu, "Şöhrət” ordenli əməkdar müəllim, professor;
Əliyeva Nərminə Əli qızı, Fizika-riyaziyyat elmləri namizədi;
Məmmədova Rəna Feyzulla qızı, Fəlsəfə elmləri doktoru, dosent;
Əliyeva Arzu Əsəddin qızı, Baş laborant;
Vəlimedova Olqa Viktorovna, Fəlsəfə elmləri doktoru, dosent;
Hüseynova Südabə Ələsgər qızı, Laboratoriya müdiri;
Abbasova Mətanət Xosrov qızı, Fransız dili müəlliməsi;
Əhmədov Ramin Muxtar oğlu, Filologiya elmləri doktoru;
Quliyev Əliqulu Nağı oğlu, Dosent,
Rəhimova Nurlana Məqafil qızı, Laborant;
Hüseynov Vidadi Fərzəli oğlu, Böyük dispetçer:
Osmanov Vahid Yolçu oğlu, Laboratoriya müdiri;
Əlıiyeva Şüküfə Balaca qızı, Mətbəə işçisi;
Əbilova Arzu Zakir qızı, Baş laborant;
Şəfiyeva Elmira Məmmədəli qızı, Laboratoriya müdiri;
Əliyeva Qəmər Allahverdi qızı, Laborant;
Hacıyeva Fəridə Qəşəm qızı, Baş Laborant;
Mehdiyeva Xanım Nəriman qızı, Nəzarətçi və başqaları.
Redaksiyadan:
qarşı tərəfin sübutlu arqumentləri olarsa, təqdim etməyə hazırıq… Şikayət ərizəsi Prezidentin rəsmi saytına və tvitter səhifəsinə, həmçinin aidiyyəti dövlət qurumlarına göndəriləcək.
Mövzu diqqətimizdədir.
«Təzadlar»ın Araşdırma Qrupu
Oxşar Xəbərlər
Gəncə Dövlət Universitetindən prezidentə şikayət olundu - Müraciət
Azərbaycan Müəllimlər İnstitutu ləğv olundu
Cəfər Cəfərov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər
Xəbər lenti
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq