7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Ukrayna azərbaycanlıları Ukraynaya qayıtmaq niyyətində olan Mixeil Saakaşvilini gül-çiçəklə qarşılayacaq.
Bu barədə "Facebook" səhifəsidə "Ukrayna azərbaycanlıların birləşmiş diasporu” ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov deyib. Sədrin sözlərinə görə, Ukrayna azərbaycanlıların bir qismi sentyabrın 10-da "Krakovets” keçid məntəqəsinə gedib, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini qarşılayacaq.
"Sentyabrın 10-da sərhəddə Saakaşvilni qarşılayacağıq.”
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 10-da Polşa ərazisindən keçərək Ukraynaya qayıdacağını bəyan edib.
"Mən Polşadan Ukraynaya sentyabrın 10-da Krakovets keçid məntəqəsindən qayıdıram”, - deyə çərşənbə günü "Facebook"da canlı yayımda M.Saakaşvili bildirib. O, Ukrayna hakimiyyət orqanlarına müraciət edərək, onun qayıdışı ilə bağlı "sirk qurmamaq” və "torpağı qazmamağa” çağırıb.