8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabiq icra başçısı Yaşar Məmmədovun fəaliyyəti yoxlanılacaq
Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun vəzifəsindən azad ediləcəyi hələ Nəqliyyat Nazirliyi ləğv edilib, nazir Ziya Məmmədov işsizlər ordusununun sırasına qoşulduqdan dərhal sonra gözlənilirdi. Məsələ ondan ibarətdir ki, sabiq icra başçısı Yaşar Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınırdı. İndi isə məlum olur ki, sabiq nazirlə sabiq icra başçısı yaxın qohum, dayığolu-bibioğludurlar. Qeyd edək ki, Yaşar Məmmədov 2010-cu ilin aprel ayında Ucar rayon icra hakimiyyətinin başçısı vəzifəsinə, 27 yanvar 2015-ci ildə Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Sabiq icra başçısı özünü bütün ömrünü vətənə xidmətə həsr etmiş adam hesab edir və bundan sonra prezident İlham Əliyevin əsgəri kimi, vətəninə həsr etməyə hazır olduğunu bəyan edir. Bu bizim sözlərimiz deyil. 2010-cu ildən icra başçısı işləyən bir adamın Unikal.org-a verdiyi müsahibədə yer alan fikirlərdir. Sabiq icra başçısı müsahibəsində bibisi oğlu Ziya Məmmədovu Azərbaycanın ən yaxşı nazirlərindən biri hesab etdiyini bəyan edir. Bu məntiqlə Yaşar Məmmədov da ən yaxşı icra başçılarından biridir. Uuzn müddət polis rəisi və 2010-cu ildən icra başçısı olan bir adam bildirir ki, vəzifədən azad edildikdən sonra Ziya Məmmədovun özü ona zəng vurub və bəzi məsləhətlərini verib. Bu məsələhətlər isə ondan ibarət olub ki, "birdən çaşıb hansısa "fikir” söyləyərsən?”. Junalistin "Bəs siz nə dediniz?-sualına cavab olaraq sabiq icra başçısı deyib ki, "Ziya müəllimə cavab olaraq bildirdim ki, mən uşaq deyiləm. Harada, nəyi danışmağı yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım”.
Bu qısa müsahibə yeddi ildən artıq icra başçısı işləmiş bir şəxsin səviyyəsi haqqında fikir yürütməyə yetərlidir. Ancaq biz indi bu məsələ üzərində geniş dayanmağa ehtiyac görmürük. Ancaq Yaşar Məmmədovun rəhbərliyi dövründə Ucar və Quba rayonlarında büdcə vəsaitlərindən necə istifadə olunması ilə bağlı məsələləri qeyd etməyi məqsədə daha müfaviq hesab edirik.
"Yeni Sözçü” qəzetinin diqqətli oxucularının yadında olar ki, qəzetimiz bir neçə dəfə Quba rayonunda baş verən maliyyə fırıldaqlarına toxunub. Yəni biz bu məsələni Yaşar Məmmədov vəzifədən azad edildiyi üçün qabartmırıq. Sadəcə olaraq "Yeni Sözçü” qəzetinin bununla bağlı bu günə kimi yazdıqları heç bir qurum tərəfindən araşdırılmayıb. Hesab edirik ki, prezidentin etimad göstərib icra başçısı təyin etdiyi Ziyəddin Əliyev sələfinin dövründə Quba rayonuna ayrılan büdcə pullarının taleyinə aydınlıq gətirməkdə maraqlı olacaq. Məslən, icra başçısı Ziyəddin Əliyevin 2016-cı ildə abadlaşdırma və yolların əsaslı təmiri adı altında "Ana Yol” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülmüş təxminən 1 350 000 (bir milyon üçyüz əlli min) manat məbləğində büdcə vəsaitələrinin neçə istifadə olunmasına aydınlıq gətirməkdə maraqlı olmalıdır. Fikrimizcə, Quba rayonun icra başçısı Ziyəddin Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasına tərəvəz məhsullarının, eləcədə çörək və ərzaq məhsullarının satın alınması üçün "Sədri-Yol” MMC-nin hesabına köçürülən təxminən 200 000 (ikiyüz min) manatın da neçə istifadə olunmasına aydınlıq gətirilməsində maraqlı olmalıdır. Biz isə "Ana Yol” MMC və "Sədri-Yol” MMC-i arasında hansı bağların olmasına aydınlıq gətirməyə çalıçacağıq. Eləcə də bu MMC-lərlə sabiq icra başçısı Yaşar Məmmədovla arasında hansı əlaqənin olmasına da aydınlıq gətirməyə çalışacağıq. Fikirimizcə Quba Rayon Mərkəzi Xəstəxanasının azqiymətli avadanlığın satın alınması məqsədilə "HƏMŞƏRİ” MMC-nin hesabına keçirilən təxminən yüz min manatın, eləcədə xəstəxananın əsaslı təmir işləri adı altında bu MMC-yə köçürülmüş daha bir yüz min manata yaxın büdcə vəsaitinin taleyinə aydınlqı gətirilməsində fayda var. Ümumiyyətlə Quba Rayon Mərkəzi Xəstəxanasının dəftərxana və təsərrüfat mallarına 54 min manat xərcləməsi və bu işləri də cari təmir işlərini həyata keçirən fiziki şəxslə görməsi çox düşündürücüdür. Biz bütün bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq. Eləcə də Qubar rayon Suvarma Sistemləri idarəsinin 2016-cı ildə 500 000 (beş yüz min) manata yaxın vəsitin neçə istifadə olunmasına aydınlıq gətirilməsinə çalışacağıq. Bu istiqamətdə prezident İlham Əliyevin etimad göstərdiyi hörmətli Ziyəddin Əliyevin də uğurlu fəaliyyət göstərəcəyinə ümid edirik. Yazıda adı keçən maliyyə əməliyyatları ilə bağlı geniş araşdırma aparırıq və yaxın saylarımızda oxucularımızla tanış edəcəyik. Adları çəkilən qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti