8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ucarlı sahibkar əmlakının əlindən alınmasında Yaşar Məmmədovu ittiham edir
Uzun illər milis və polisdə işləmiş Yaşar Məmmədov beş icra başçısı işlədiyi Ucardan ayrılması bir ildən artıq olsa da ucarlıların onunla bağlı şikayətləri bitmək bilmir. Qeyd edək ki, hüquq-mühafizə orqanlarındakı əmək fəaliyyətinə sovet milisində milis nəfəri kimi başlayan Yaşar Məmmədov Müstəqil Azərbaycanda polis şöbəsinin rəisi vəzifəsinə kimi yüksəldikdən sonra, 2010-cu ildən 2015-ci ilin əvvəllərinə kimi Ucar rayon icra hakimiyyətinə başçılıq edib. Ötən ilin ilk ayından isə Ucar rayon icra hakimiyyəti başçısı kürsüsünün Quba rayon icra hakimiyyətinin başçısı kürsüsü ilə əvəzləyib. Onun vəzifə təyinatında Nəqliyyat naziri Ziya Məmmədovun önəmli rol oynaması haqqında fikirlər səslənib. Bütün bunlar başqa bir söhbətin mövzusudur və biz bu mövzuya qayıtmağa çalışacağıq. Hələlik isə qeyd edək ki, Ucar rayonu Qarabörk kənd sakini Kütah Məhəmmədəli qızı Əliyeva prezident İlham Əliyev başda olmaqla dövlət rəsmilərinə və "Yeni Sözçü” qəzetinin redaksiyasına ünvanladığı müraciətdə başına gələnlərdən söhbət açır və üzləşdiyi qanunsuzluqların arxasında Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun dayandığını iddia edir. Kütah xanım yazır: "Bir qrup vəzifəli şəxslər rüşvət alıb mənim sahibkarlıq fəaliyyəti məqsədi ilə aldığım torpaq sahəmi əlimdən alınmasına yardım göstərirlər. Bütün bunların başında isə Quba Rayon İcra başçısı Yaşar Məmmədov dayınır. 2014-cü il tarixdə Yaşar Məmmədov Ucar rayon İcra başçısı vəzifəsində olan zaman öz maddi marağına görə Əmlak Komitəsi ilə əlbir olub 60 mənzilli 4 mərtəbəli 3 böyük binanın saxtakarlıqla Etibar Qasımov adlı imkanlı şəxsə satanda pulun çoxluğundan başları gicəllənib deyə bizim yerimizi də həmin şəxsə qanunsuz olaraq satıblar.Həmin şəxs isə yeni inşa edilən 3 möhtəşəm binanı yerlə yeksan etdirib üzərində tikinti işləri aparan zaman müəyən oldu ki, ona verilmiş reyestr çıxarışı bizim yerin üzərinə düşmüşdür. 2014-cü il tarixdən məhkəmələrdə çəkişirik ki, bundan da Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abışov yararlanmaq istəyir. Bütün sənədlər ekspert rəyləri bizim xeyrimizə olmasına baxmayaraq hakim İxtiyar Abışov açıq-aşkar deyir ki, yuxarıdan bizim məhkəmənin sədri Mehman Nuriyevə tapşırıq var ki, qərar Etibar Qasımovun xeyrinə çıxarılmalıdır. Qeyd edim ki,1997-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mənə 64 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verildi və 2010-cu il tarixdə reyestr çıxarışı aldım. Bundan 10 il sonra mənim qanunu torpağım başqasına satılır və bu cinayət əməlidir”. Kütah Əliyeva Etibar Qasımov adlı şəxsin həyata keçirdiyi özəlləşdirmə əməliyyatında qanunsuzluqlar olduğunu, dəyəri 500 min manata yaxın olan 3 binanı sənəddə cəmi 21 min manata satıldığını iddia edir. Şikayətçi hesab edir ki, dövlət əmlakının talanması prosesində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ucar rayon icra hakimiyyətinə o zaman başçılıq edən Yaşar Məmmədovun günahı var. Kütah Əliyeva hesab edir ki, prezident İlham Əliyevin belə saxtakarlıqdan xəbəri yoxdur. Əgər olsaydı, Yaşar Məmmədov Quba rayonuna icra başçısı təyin edilməzdi. Şikayətçi yazır ki, Etibar Qasımov rayonda bütün tanışlarına deyib ki, "artıq Məhkəmənin sədri ilə danışıb razılaşmışam, mənim xeyrimə qətnamə çıxaracaq. Dövlət Əmlak Komitəsi də məni müdafiə edir, hər şey pulun başındadır”. Növbəti məhkəmə iclasının bu gün, 17 fevral 2016-cı il tarixdə olacağını yazan Kütah Əliyeva ədalətin bərqərar olmasını istəyir.
Qeyd edək ki bütün bunlar yalnız bir tərəfin, şikayətçi Kütah Əliyevanın mövqeydir. Şikayətdə əksini tapan məqamları araşdırmağa çalışacağıq. Əgər yazıda adları çəkilən şəxslər, Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abışov və Kütah Əliyevaın əsas şikayətçi olduğu Etibar Qasımovun deməyə sözləri varsa, biz onların da mövqeyini dinləməyə hazırıq. Kütah Əliyeva isə bizim araşdırmalarımıza yardım etmək üçün əlində olan hüquqi sənədlərin sürətini bizə göndərsə, onun şikayətində əksini tapan məsələlər üzrə daha geniş araşdırma aparmağımıza yardım edə bilər.
Qeyd edək ki, Yaşar Məmmədovun Ucar rayonuna rəhbərlik etdiyi dövrdə özünü bu rayonun sahibi kimi aparması haqqında redaksiyamıza bundan əvvəl də məlumat daxil olub. Onun indi Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsindəki işinin də qənaətbəxş olmaması ilə bağlı fikirlər və iddialar var. Həmin iddialarda Yaşar Məmmədovun həm Ucar, həm də Quba rayonunda büdcə vəsaitləri hesabına həyata keçirilən tikinti, təmir və abadlıq işlərində böyük mənimsəmələrə yol verməsindən bəhs olunur. Bütün bu iddiaları araşdırmağa çalışacağıq. Çünki, prezident İlham Əliyev məmurlar və onların xərclədiyi büdcə pullarının üzərində ictimai nəzarətin artırılmasının vacibliyini son zamanlar bir neçə dəfə qeyd edib. Prezidentin bu çağırışına uyğun olaraq Yaşar Məmmədovun rəhbərlik etdiyi dövrdə Ucarvə Quba rayonlarına ayrılan büdcə vəsaitlərinin necə istifadə olunması, bu zaman mənimsəmələrə yol verilməsi ilə bağlı deyilənlərə aydınlıq gətirməyə çalışacağıq.
"Yeni Sözçü" qəzeti