8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vüqar Zeynalovun başı üzərini qara buludlar alıb
Hesablama Palatasının Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində apardığı audit yoxlamaları nəticəsində ciddi qanun pozuntuları üzə çıxarıb. Belə ki, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən ayrı-ayrı illər üzrə büdcə vəsaitinə olan tələbat üzrə proqnoz göstəriciləri hazırlanarkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməmiş, bəzi xərclər üzrə real tələbat və ötən illərin icrası nəzərə alınmamış, ayrı-ayrı təşkilatlardan büdcə vəsaitinə olan tələbat barədə sifarişlər tələb edilməmiş, həmçinin zərurət olmadığı halda bəzi xərc maddələri üzrə dürüstləşmə aparılsa da, artırılmış xərclərdən istifadə olunmamış, nəticədə icra ilkin təyinatdan aşağı olmuş, nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbindən auditlə əhatə olunan illərdə büdcədənkənar vəsaitlər üzrə daxilolmalar müvafiq olaraq 27,3 %, 30,4% və 44,7% təşkil etmişdir.
Bundan başqa audit zamanı Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində əməyin ödənilməsini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək işçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, iş günlərinin düzgün hesablanmaması, 0,5 stavka ilə işləyən işçilərə tam vəzifə maaşı ödənilməsi, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin düzgün müəyyənləşdirilməməsi, işdən azad edilən işçilərə son haqq-hesabın düzgün hesablanmaması, artıq dərs tarifləşdirilməsi hallarına yol verilməsi, bəzi hallarda tədris planında nəzərdə tutulmuş fənn saatlarının tədrisi tam təmin edilməməsiş,bəzi mədəniyyət evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılması kimi neqativ hallar üzə çıxarılıb.
Audit zamanı Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən malların (iş və xidmətlərin) satın alınması zamanı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın, eləcə də, dövlət satınalmalarını tənzimləyən digər qanunvericilik aktlarının bəzi tələblərinə bir sıra hallarda əməl edilməməsi, satınalmaların birbaşa müqavilə əsasında həyata keçirilməsinə razılıq alınsa da, alınmış razılıqdan artıq məbləğə müqavilə bağlanılması halları, 2015-ci ildə 8 halda satınalma müqavilələrində nəzərdə tutulmayan mal-material alışı həyata keçirilməsi faktı üzə çıxarılmışdır.
Hesablama Palatasının üzə çıxardığı bu faktlar üzrə hüquq-mühafizə orqanalrının hansı tədbirlər görəcəyi yaxın zamanlarda məlum olacaq. Hələlik isə qeyd edək ki,
Istənilən halda Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalovun karyerası ciddi təhlükədədir. Məlumata görə, Hesablama Palatasının auditi zamanı 2015 və 2016-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Bakı şəhər Heyvanat Parkının heyvanların yemlənməsi üçün ət və süd məhsulları, at, ağ siçovul, siçan, ot və dənli bitkilər, meyvə, tərəvəz və su donuzlarının satın alınması ilə bağlı Novruzov Süleyman Əziz oğlu, Novruzov Seyfəddin Vəliyəddin oğlu və Nüsrət Xəlilov Mahal oğlu ilə həyata keçirdiyi bir neçə yüz min manatlıq maliyyə əməliyyatında bəzi nöqsanlar aşkar edilib.
Bundan başqa Hesablama Palatasının apardığı audit zamanı Bakı Xoreoqrafiya Akademiyasında inventarların, o cümlədən yumşaq inventarların, eləcədə maşın və avadanlıqların satın alınması zamanı qanunvericiliyin tələblərinə tam əməl edilməmişdir.
Məlumatlı mənbə iddia edir ki, son zamanlar Bakı şəhərinin ayrı-ayrı qurumlarında üzə çıxarılan bu kimi hallar paytaxtın meri Hacıbala Abutalıbovu istefaya hazırlamağa xidmət edir. Mənbə iddia edir ki, indi hakimiyyətdə baş verən ciddi kadr dəyişikliyi Bakı şəhərini də əhatə edəcək. Belə ki, son 17 il ərzində paytaxta rəhbərlik edən 74 yaşlı Hacıbala Abutalıbov çox yaxın zamanlarda istefaya göndəriləcək. İddiaya görə meri hətta ötən ay istefaya göndərmək istəyiblər. Ancaq vergilər naziri Fazil Məmmədovun məsələsinin gündəmə gəlməsi Hacıbala Abutalıbov məsələsin təxrə salıb. Çox maraqlıdır ki, Fazil Məmmədovu Vergilər naziri postunda əvəz edən Mikayıl Cabbarov paytaxt meri vəzifəsinə əsas namizəd olub. Mənbə iddia edir ki, Fazil Məmmədov məsələsi olmasaydı, Mikayıl Cabbarov indi paytaxt meri vəzifəsini icra edərdi. Lakin, Fazil Məmmədov məsələsinin qəfil gündəmə gəlməsi Hacıbala Abutalıbova müvəqqəti olsa da, vəzifəsini qorumağa imkan verdi. Lakin, iddia olunur ki,yaxın iki ay ərzində paytaxt meri dəyişəcək. Bu iddianın həqiqətə nə qədər uyğun olduğunu yaxın zamanlarda görəcəyik. Hələlik isə ortada Hesablama Palatasının Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində üzə çıxardığı ciddi nöqsanlar var. Bu nöqsanlara isə hüquqi qiymət verilməsi qaçılmaz olacaq. Yazıda adları keçən qurum və şəxslərin də mövqeyini öyrənməyə cəhd edəcəyik.
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti