8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Virtualaz.org xəbər verir ki, yaxınlıqda yaşayan sakinlər ərazidə çoxmərtəbəli binaların tikiləcəyindən narahatdırlar. Çünki "Ukrayna dairəsi”nin ətrafında boş yer qalmayıb, sağda səkinin bir hissəsini tutmaqla, bir-birinə bitişik 3 göydələn tikilib. Bir az qarşıda -yanacaqdoldurma məntəqəsindən iki-üç metr aralıda daha bir bina ucaldılıb. "Ukrayna dairəsi”ndən Gəncə prospekti istiqamətində yol kənarlarındakı obyektlərin, ticarət mərkəzlərinin, göydələnlərin sayı-hesabı yoxdur.
Parkdakı kafenin əməkdaşları deyirlər ki, hasar çəkilərkən ərazidə muzey tipli mərkəz tikiləcəyi bildirilib. "Dedilər ki, Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə tikinti aparılır, müxtəlif xalqların tarixini, mədəniyyətini əks etdirən muzey açılacaq. Amma sonradan tikinti dayandırıldı”,- adını söyləməyən əməkdaş əlavə edir.
Hasarın üzərində İcra hakimiyyətinin lövhəsi vurulub. Sakinlərin narahatlığı əsassız deyil, son günlər axşam saatlarında hasarlanmış ərazidə yük maşınları görünür, əraziyə yeni tikinti materialları gətirilib.
Parkda dincələn sakinlər də hasarın çəkilməsindən narahat olublar. Onların bir neçəsi ilə söhbətləşirik. Yaxınlıqda yaşadığını söyləyən nisbətən yaşlı kişi söyləyir ki, parkın içərisində salınan "Yapon bağı” yamaq kimi görünür. Bu bağdakı bitkilər Yaponiyadan gətirilib, amma mənzərə nə uşaqları, nə də yaşlıları cəlb etmir: "Əvvəl daha yaxşı idi, fəvvarələr, yaşıllıq göz oxşayırdı. Xaricdən gətirilən bitkilərin əksəriyyəti soldu. Hasar çəkiləndən sonra parkın görkəmi də pozuldu”.
"Yapon bağı”nda kiçik Yaponiya yaradan İcra hakimiyyəti problemləri həll etmir. Hasarlanmış əraziyə zibil tullantılarının atılması nəticəsində ərazi sahibsiz heyvanların məskəninə çevrilib və bu da parkda dincələnləri narahat edir. Tikinti materiallarının daşınması azmış kimi, əraziyə bir yandan da məişət tullantıları atılır: "Əvvəlcə ərazini hasara aldılar ki, ağacların kəsildiyi hiss olunmasın. Sonra da tikintiyə başlanıldı. Əgər muzey və ya dövlət müəssisəsi tikilirdisə niyə yarımçıq saxlanıldı? Çoxları bilir ki, park da daxil olmaqla bu ərazi Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun şəxsi nəzarətindədir...”.
Ülviyyə Xudiyeva