"Sizi kimiləri anlaya bilməz ki, kişi kimi təmiz adla yaşamaq sizin milyardlardan da üstündür"

"Sizi kimiləri anlaya bilməz ki, kişi kimi təmiz adla yaşamaq sizin milyardlardan da üstündür"Zaman zaman haqqımda olan qanunsuzluqları çoxları bilib. Bir çox təhdidləri, şantajları isə açıqlamamışam. Mənim ölkə daxilində və xaricində olan varidatlarımı, cinayətkar qruplarla işbirliyimi, ayrı-ayrı oliqarxlara xidmət etməyimi açıqlayacaqları ilə məni qorxudub ictimai mövqeyimdən çəkindirmək istəyən, əxlaqdan, namusdan, ədalətdən bixəbərlərə bir daha bildirirəm ki, özünüzü yormayın. Kişiliyiniz varsa bacardığınızı edin, hərçənd ki, kişi sözünü sizə xitabən işlətməyin özü günahdır. Sizi kimiləri anlaya bilməz ki, kişi kimi təmiz adla yaşamaq sizin milyardlardan da üstündür.


Aslan İsmayılov, tanınmış hüquqşunas


Oxşar Xəbərlər

Xəbər lenti