“Bizdəki tariflər xaricdən yüksək deyil” - NAZİR

“Bizdəki tariflər xaricdən yüksək deyil” - NAZİR

 

Nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır?

Sozcu.info  xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin Milli Məclisin bu gün keçirilən plenar iclasda müzakirəsi zamanı dyeib. 

"Buna cavab vermək üçün biz bəzi məsələlərə diqqəti cəlb etmək istəyirik. İlk olaraq komissiya haqları. Hazırda post-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37% arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2%, İngiltərədə 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada 2-3% arasındadır. Müqayisədə deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir”, - deyə M.Cabbarov əlavə edib. /azvision.az/



Oxşar Xəbərlər

Xəbər lenti