Saxta yüzlüyü bu üsulla ayırın - Əskinasın üzərindəki yazının mənası nədir? - FOTOFAKT

Saxta yüzlüyü bu üsulla ayırın - Əskinasın üzərindəki yazının mənası nədir? - FOTOFAKT

 

Azərbaycan manatlarının mühafizəsi sistemi dörd mərhələdən ibarətdir. 100 manat nominallı əskinasın mühafizəsi sistemləri aşağıdakı kimidir:

Sozcu.info  xəbər verir ki, I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əskinasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub:

Digər element əskinasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əskinaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.

Əskinası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əskinasın dəyəri, "manat" yazısı və su nişanını görmək olar.

Bundan başqa, əskinasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əskinasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə "Azərbaycan" mikromətnini görmək mümkündür.

Əskinasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli "YÜZ MANAT" yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.

Əskinasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əskinaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əskinasın sol tərəfində yerləşir.

Ultrabənövşəyi işıq altında 100 manatlıq əskinas aşağıdakı kimi görünür:

Əskinasın əks tərəfində, orta hissədə adi gözlə "manat" yazısı və metal sap görmək olar. Əskinasa müxtəlif bucaqlardan baxdıqda sağ tərəfdə iki xətt - bənövşəyi və yasəmən rəngli xətlər görmək mümkündür.

Bundan başqa, xəritədə mikromətn, xəritənin yanında və əskinasın sağ tərəfində isə xüsusi təsvir əks olunub.

100 manat nominallı əskinasın əks tərəfini ultrabənövşəyi işıqda aşağıdakı kimi görmək olar:

III və IV dərəcəli mühafizə elementlərini yalnız xüsusi avadanlığın köməyi ilə görmək mümkündür. Belə ki, III dərəcəli mühafizə elementi banklar üçün, IV dərəcəli isə yalnız Mərkəzi Bank üçün nəzərdə tutulub.

100 manat nominallı əskinasların uzunluğu 155 mm, eni isə 70 mm-di.



Oxşar Xəbərlər

Xəbər lenti