15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 553,2 kq qızıl istehsal edilib.
"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur. Bu il dekabrın 1-nə ölkədə 342,6 kq hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, bu ilin 11 ayı ərzində Azərbaycanda 3 815,3 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 28,9% çoxdur. Bu il dekabrın 1-nə ölkədə 225,8 kq hazır məhsul ehtiyatı yaranıb.