24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
"Belə çıxır ki, mən prezidentin sərəncamına düşmək üçün banka əlavə pul ödəməliyəm”
M.Əsədullazadə prezidentin 10 min manata qədər xarici valyuta ilə götürülən kreditlərlə bağlı sərəncamından sonra VTB banka yaxınlaşdığını bildirib: "Kreditin məlum sərəncama uyğun olaraq 2020-ci ilin yanvar ayından manata çevriləcəyini və güzəşt tətbiq olunacağı qeyd edildi. Amma əlavə ödəniş edib, 200 manat ödəmək şərti ilə cədvəl tutacaqlarını qeyd etdilər. Belə çıxır ki, mən prezidentin sərəncamına düşmək üçün banka əlavə pul ödəməliyəm və bundan sonra, mənim kreditim manata çevriləcək. Bildirdilər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tələb edir. Bu qurumun rüşvət və korrupsiya mənbəyi olduğu məlumdur və prezident palatanı ləğv etdi”.
"Dövlət özü ziyanı banka ödəyirsə, bank niyə bu yola əl atır?!”
M.Əsədullazadə sual edir ki, VTB bank rəhbərliyi prezidentin məlum sərəncamını rüşvət almaqla yerinə yetirir? "Prezidentin sərəncamı qeyd-şərtsiz yerinə yetirildiyi təqdirdə VTB bank niyə əlavə ödəniş tələb edir? Dövlət özü ziyanı banka ödəyirsə, bank niyə bu yola əl atır?!
"Xəstədilər, dəlidirlər, bir söz tapa bilmirəm, nə deyim Vallah!”,-deyə əlavə edib.