15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
2019-cu ildə Azərbaycan xarici ölkələrlə 33,303 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur.
Keçən ilin xarici ticarət dövriyyəsinin 19,636 milyard dolları ixracın, 13,667 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,9%, idxal isə 19,2% artıb.
Son nəticədə xarici ticarətdə 5,968 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 25,35% azdır.