24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Qida Təhlükəsizliyi Agentliyi "Qida təhlükəsizliyi haqqında” qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Sozcu.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Agentliyin sədr müavini Rüfət Rüstəmzadə məluma verib.
"Sənədin bu il təsdiq olunmasına ümid edirik. Bu qanun qida zəncirinin bütün mərhələlərinə əhatə edəcək”, - deyə o qeyd edib.
Sədr müavini həmçinin deyib ki, Azərbaycanda HACCP (Qida təhlükəsizliyi və keyfiyyət təminatı sistemi) tətbiq ediləcək: "Biz bilirik ki, beynəlxalq standartları dərhal tətbiq etmək mümkün deyil. Sahibkarlara müəyyən müddət verilməlidir ki, onlar öz bizneslərini bu sistemin tətbiqinə hazır etsinlər".