Səudiyyə Ərəbistanı ABŞ və Avropaya neft tədarükünü azaldacaq –50 faiz

Səudiyyə Ərəbistanı ABŞ və Avropaya neft tədarükünü azaldacaq –50 faiz

 

Səudiyyə Ərəbistanı bu ilin iyun ayında ABŞ və Avropaya neft tədarükünü yarıyadək azaltmaq niyyətindədir.

Bu barədə "Bloomberg” öz mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, bu bölgələrdəki bəzi müştərilərə neft tədarükü 60-70% azaldılacaq. "Saudi Aramco” şirkəti Asiyadakı üç alıcını iyunda neft tədarükünün azalması barədə artıq xəbərdar edib.

Krallıq bu tədbirləri dünya bazarındakı mövcud olan artıq neft həcmlərini azaltmaq və bazarı bərpa etmək məqsədi ilə görür, məlumatda qeyd edilir.

Qeyd edək ki, "OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub/APA.



Oxşar Xəbərlər

Xəbər lenti