40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər -
XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
FOTO
Azərbaycanda Qurban bayramı qeyd edilir
Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM -
FOTO
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Dünən, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Xudanın da afərin dediyi layihə necə həyata keçirildi?
Xudafərin hidroqovşağı yerləşən ərazilərin işğaldan azad edilməsi göstərir ki, 2016-cı ildə Azərbaycanla İran arasında imzalanmış saziş Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti real nümunəsidir
Azərbaycan Ordusunun Cəbrayıl və Zəngilan rayonlarını işğaldan azad etməsi nəticəsində Azərbaycanın İranla sərhədində inşa olunan Xudafərin hidroqovşağı barədə müzakirələri yenidən gündəmə gətirdi. Xudafərin İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində tikilmiş su anbarıdır. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. Cəbrayıl və Zəngilan rayonlarının inzibati ərazisini əhatə edir.
1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarı eyni adlı Su Elektrik Stansiyası ilə birlikdə Ermənistan Respublikasının nəzarəti altında olub. Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib. Su anbarı vasitəsilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulub.
Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Onun tikintisi ilə bağlı razılaşma Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında əldə olunub, layihəsi hazırlanıb. Layihələndirmə 1982-ci ildə sona çatıb, 1990-cı illərin əvvəllərində yenidən işlənibmiş və 1999-cu ildə inşaat işlərinə başlanıb. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalayıbmış. Amma bu məlumat rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti 18 may 1992-ci ildə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikilməsi məsələləri haqqında qərar qəbul edib. Həmin il mayın 25-də imzalanmış ilkin obyektlərin müəyyənləşdirilməsi və tikintisi barədə Sazişdə “Araz çayı üzərində 2 avtomobil körpüsünün tikintisi, tikinti zonasında müvəqqəti avtomobil yollarının salınması, tikinti zonasında asfalt-beton örtüklü daimi yolların salınması” əks olunub. 1993-cü ilin fevral ayında Azərbaycan və İran rəsmiləri mərasimdə iştirakı ilə tikintisi başa çatdırılan “Xudafərin” bəndinin yardımçı körpüsünün açılış mərasimi keçirilib, Azərbaycan və İran rəsmiləri mərasimdə iştirak ediblər. Paralel olaraq, Azərbaycan Hökuməti “Qız Qalası” layihəsi üçün də yardımçı körpünün tikintisinə başlayıb, torpaqlarımızın Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini tamamilə dayandırıb və bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb. Nazirlər Kabinetinin məlum Qərarında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi ilə bağlı tərəflərin hüquq və öhdəliklərini əks etdirən, o cümlədən bəndlərin tikintisi, birgə istismarı və idarəçiliyi məsələlərini özündə ehtiva edən çərçivə sazişinin bağlanmasının nəzərdə tutulmasına baxmayaraq, elə həmin qərarla tikintinin başlanmasına start və səlahiyyətlər verilib. Bundan sonra bəndlər ətrafında gedən proseslər bu cür çərçivə sazişinin mövcud olmadığı şəraitdə baş verib.
Xudafərin mövzusu 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə gətirilib. 1994-cü ilin 28 iyun - 2 iyul tarixlərində H.Əliyevin İrana beş günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb.
Görüş barədə mətbuatda gedən məlumatda qeyd olunur ki, “Tehranda Azərbaycan hökumətinin nümayəndə heyəti və İranın Energetika Nazirliyi arasında sərhəddə yerləşən Araz çayı üzərində Xudafərin körpüsü yaxınlığında (Azərbaycanın Ermənistanın işğalı altında olan cənub-qərb regionu) böyük hidroqovşağın tikintisi haqqında razılıq əldə olunub. Gələcək hidroqovşaq su anbarı və dörd elektrik stansiyasından ibarət olacaq. Su anbarının həcmi 1,6 milyard kubmetr təşkil edəcək. Su anbarının ”Qız Qalası" tənzimləyicisinin gündəlik buraxılış qabiliyyəti 60 milyon kubmetr təşkil edəcək. Hazırda Araz çayından Naxçıvandakı su anbarı vasitəsilə cəmi bir milyard kubmetr sudan istifadə olunur. İlkin qiymətləndirmələrə görə, layihənin dəyəri 700 milyon dollar, tikinti müddəti səkkiz il təşkil edəcək. Mütəxəssislərin hesablamalarına görə, hidroqovşaq xərcini də səkkiz il ərzində çıxaracaq".
Lakin Azərbaycanın Dövlət Meliorasiya Komitəsinin sədri Əhməd Əhmədzadə həmin vaxt açıqlamasında bildirib ki, “bu torpaqlar azad edilmədən tikinti haqqında bütün söhbətlər mənasını itirir”. Buna baxmayaraq, İran tərəfi Azərbaycanın şərtlərini qəbul edərək hidroqovşağın tikintisini davam etdirib.
Bəndin tamamlanması 2008-ci ildə baş tutub. Su anbarının üzərindəki SES isə 2010-cu ildə açılıb. Suvarma işləri ilə bağlı tikinti hələ də davam edir. Bu işlərin 2020-ci ilin sonuna başa çatdırılması gözlənilir.
Onu da qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında “Araz çayı üzərində ”Xudafərin" və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Saziş bu ilin aprel-mayında Azərbaycanda geniş müzakirələrə səbəb olub. 2016-cı il fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı imzalanan saziş sonradan iyunun 14-də saziş parlamentdə ratifikasiya olunub və nəhayət, iyunun 16-da Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilib. İran parlamenti sazişi həmin ilin dekabrında imzalayıb.
Bu il sazişlə bağlı bəzi şəxslər tərəfindən müzakirələr başladılıb, onun Azərbaycanın maraqlarına zidd olduğu bildirilib. Sazişin detalları bütünlüklə ictimaiyyətə açıqlanmasa da, bəzi məqamlar İran mətbuatında yayılıb. Bu məqamlar arasında Azərbaycanın maraqlarına cavab verən əsas məsələ İranın layihənin Azərbaycan hissəsini 10 kilometrlik təhlükəsizlik zonası ilə dövrələməsi, erməni qoşunlarının bu zonadan çıxarılması, onların yerini isə islam inqilabı keşikçilərinin tutmasıdır. İslam inqilabı keşikçiləri bu zonaya 2007-ci ildə gətirilib. Bu barədə 2007-ci il oktyabrın 10-da “Yeni Müsavat” qəzeti İran saytlarına istinadla məlumat yaymışdı. İran ekspertləri bu gün bunu təsdiq edirlər.
Sazişdə həmçinin vurğulanır ki, İran və Azərbaycan bir-birinin sərhədlərinin toxunulmazlığını tanıyır və İran işğal edilmiş əraziləri Azərbaycanın ərazisi kimi qəbul edir. Ə.Əhmədzadənin mətbuata verdiyi məlumatlara görə, hidroqovşaq Azərbaycan ərazisində 250 min hektar şumluq torpağın suvarılmasını və əlavə olaraq 12 min hektar torpağın mənimsənilməsini təmin edəcək. İran tərəfdə bu göstəricilər müvafiq olaraq 70 min və 80 min hektar təşkil edəcək.
Azərbaycan Energetika Nazirliyinin ötən il verdiyi məlumata əsasən Azərbaycan-İran sərhədində Araz çayı üzərində “Qız Qalası” bəndinin tikintisi 2020-ci ildə başa çatacaq. Məlumatda qeyd olunur ki, “Araz çayı üzərində ”Xudafərin" və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi işlərinin gedişatı bu layihənin həyata keçirilməsi üzrə İranla Birgə Texniki Komissiyanın Azərbaycan hissəsinin iclasında müzakirə olunub. Xüsusən tikinti işlərinin hazırkı vəziyyəti, gələcək addımlar və layihəyə görə məsuliyyət daşıyan tərəflərin öhdəlikləri müzakirə olunub".
Energetika nazirinin müavini Elnur Sultanov qeyd edib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və energetika və su resurslarından birgə istifadə haqqında Azərbaycan-İran sazişi “strateji xarakter daşıyır”. Onun sözlərinə görə, “bununla əlaqədar layihə üzrə işlərin sürətləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi böyük əhəmiyyət kəsb edir”.
Nazirlik bildirib ki, “hazırda (2019-cu ildə-red) ”Xudafərin" bəndinin tikintisi işləri 95 faiz yerinə yetirilib, “Qız Qalası” bəndinin tikintisi 2020-ci ildə başa çatacaq".
İndi - Xudafərin hidroqovşağı yerləşən ərazilərin işğaldan azad edilməsi göstərir ki, 2016-cı ildə Azərbaycanla İran arasında imzalanmış saziş Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti real nümunəsidir. Xudafərinin azad olunması hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərina sahib çıxması olmaqla yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verəcək hadisədir.
Bugünkü hadisələr göstərir ki, Azərbaycan Prezidenti öz xalqına verdiyi sözlərə əməl edərək, 30 ilə yaxın işğal altında qalan ərazilərimizin azad olunmasını təmin edir. 2016-cı ildə saziş imzalanarkən bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Lakin 2016-cı ilin fevral ayında imzalanmış sazişin preambulasında göstərilir ki, tərəflər BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.
Bu gün bir daha aydın olur ki, bu sazişi tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi çəkisini düzgün qiymətləndirməyi, analiz etməyi bacarmayıblar, işğal altındakı ərazilərin, o cümlədən Xudafərinin azad olunacağı reallığını nəzərə almayıbla
r.
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. Dörd il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirilib.
İndiki reallıq Prezident İlham Əliyevin həqiqətən də böyük siyasətçi, strateq olduğunu, hər bir məsələni zərgər dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi. Bu layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qəsa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq.
Oxşar Xəbərlər
İşğaldan azad edilən ərazilər
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər —
Xudafərin körpüsündə bayrağımızın qaldırılmasına görə DSX-yə zirehli nəqliyyat vasitəsi verildi
“Ermənilərə silah, yanacaq, ərzaq Füzulinin ərazisindən gedirdi, indi...”
Xəbər lenti
40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər -
XƏBƏRDARLIQ
Su içmək üçün -
Ən doğru vaxtlar
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
FOTO
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vatsapla bağlı növbəti yenilik
Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM -
FOTO
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
Omeqa-3 həqiqətən faydalıdır?
“CAVANŞİR QURBANOV ADI NƏSLİMİZİN ƏN BÖYÜK QÜRURUDUR”
– Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı / VIDEO, FOTO
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Su içmək üçün -
Ən doğru vaxtlar
Vatsapla bağlı növbəti yenilik
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI