Tarif Şurasının ağlamalı zarafatı: “Benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək”

Tarif Şurasının ağlamalı zarafatı: “Benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək”

 


 

Tarif Şurasının katibi İlkin Məcidov AzTV telekanalının efirində  bəyan edib ki, "Azərbaycanda Aİ-92 markalı benzinin bahalaşması ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək”. Ilkin Məcidov adlı şəxsin bu açıqlamasına bir az aşağıda qayıdacağıq. Hələlik Tarif Şurasının Aİ-92 markalı benzinin bahalaşması ilə bağlı rəsmi açıqlamasına diqqət yetirək. Tarif (Qiymət) Şurasının rəsmi saytında qeyd edir ki, Şuranın 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir. Bu addıma səbəb isə  ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması olmuşdur.

Bu qədər səbəbdən sonra Tarif (qiymət) Şurasının "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsinə qədər qaldırmaması sadəcə mümükün olmazdı. Üstəlik  "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda  və Ukraynada Azərbaycanda olduğundan az qala iki-üç dəfə yüksək olduğunu nəzərə alanda Tarif Şurasına da, SOCAR-da haqq verməmək olmur.

 Ancaq Tarif  Şurası da, SOCAR-da unudur ki, Gürcüstan və Ukrayna neft istehsalçısı deyil, onların hər ikisi dünya bazarlarındakı qiymətdən çox asılıdır. Ancaq Türkmənistan, Qazaxısatn və İran kimi dövlətlərin daxili bazaları dünya bazarlarından asılı deyil. Ona görə də bu ölkələrdə benzin qiyməti Azərbaycanda olduğundan aşağıdır.

İndi isə qayıdaq İlkin Məcidov "Benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək” kimi dahiyanə ixtirasına”.

Tarif Şurasının katibi kimi vəzifəni tutmaq üçün tələb olunan ali təhsil, iqtisadiyyatdan anlayışı olmaq, müəyyən idarəçilik təcrübəsi kimi şərtlərə malik olmayan hər kəs belə anlayır ki, benzinin bahalaşması hökmən digər məhsulların, ilk növbədə isə kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasına səbəb olur. İlkin Məcidov isə əhalini tamamilə bunun əksinə inandırmağa çalışır. Burada Azərbaycan vətəndaşlarının üzərinə düşən yeganə bir iş qalır. Kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasını görən kimi Tarif Şurasının katibi İlkin Məcidova zəng edib, həmin bahalaşmış mhsulun satıldığı ərziyə dəvət etsinlər ki, hörmətli cənab hər şeyi gözləri ilə görsün.

Bahalaşan qiymətlərin isə hansı sosial problemlərə səbəb olacaq, bunu ən yaxın günlərdə görəcəyik.

Arzuman Loğmanoğlu,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti