Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
İranda prezident Həsən Ruhaninin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında təxminən 90 ildir istifadə edilən ölkənin pul vahidinin dəyişdirilməsinə qərar verilib.
Türkiyə mətbuatı xəbər verir ki, hökümət rialın yerinə bundan sonra tümen istifadə etmək niyyətindədir.
Qərar qüvvəyə minərsə, 1 tümen 10 rial dəyərində olacaq.
Qeyd edək ki, tümen bir zamanlar İranda rəsmi pul vahidi kimi istifadə edilmişdi. İranın rəsmi milli valyutasının adı rial olsa da, xalq arasında, demək olar ki, çox vaxt tümən sözü işlədilib.