Asiya İnkişaf Bankının yerli departamentinin başçısı dəyişdirilib

 

Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinə yeni baş direktor təyin olunub. Bu vəzifəyə Verner Lipak (Werner Liepach) təyin edilib.

V.Lipak Azərbaycan da daxil olmaqla 10 ölkəyə (Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) nəzarət edəcək. ADB-nin bu region üzrə portfeli ümumi dəyəri 18,6 mlrd. ABŞ dolları olan 155 layihədən ibarətdir.

Yeni baş direktor adıçəkilən ölkələrdə 7 sektorda icra olunan layihələrə nəzarət edəcək. Həmin layihələr ətraf mühit, enerji, təbii ehtiyatlar və kənd təsərrüfatı, nəqliyyat, dövlət idarəçiliyi, maliyyə sektoru və ticarət, regional əməkdaşlıq və əməliyyatların koordinasiyası, sosial və şəhərləşmə və su təchizatının yaxşılaşdırılması sektorlarını əhatə edir.

V.Lipak bu vaxta qədər ADB-nin Pakistan üzrə ölkə direktoru olub. (Report)



Oxşar Xəbərlər

Xəbər lenti