ABŞ-ın “BÖYÜK MƏRKƏZİ ASİYA” LAYİHƏSİ:Vaşinqton bölgəni Moskva və Pekinin təsirindən necə çıxarır? - TƏHLİL

ABŞ-ın “BÖYÜK MƏRKƏZİ ASİYA” LAYİHƏSİ:Vaşinqton bölgəni Moskva və Pekinin təsirindən necə çıxarır? - TƏHLİL

 

Fikrət ŞABANOV

«Consultations on international policy and economy» təşkilatının prezidenti, analitik

ca-irnews.com

 

Birinci hissə: ABŞ-ın "BÖYÜK MƏRKƏZİ ASİYA” LAYİHƏSİ:Əfqanıstan Yaxın Şərqdən Mərkəzi Asiyaya qapı olacaqmı?-TƏHLİL

(ttp://strateq.az/manshet/218899/abs-in-boyuk-m%C9%99rk%C9%99zi-asiya-layih%C9%99si.html)

 

II HİSSƏ

 

Çağdaş dünyada beynəlxalq münasibətlərin ənənəvi sistemi böyük böhran keçirir. Bu, Vestfal sisteminin (mili dövlətlərin suverenliyini tanımaq) aşınması ilə bağlıdır, çünki dünya arenasında dövlətlərin iqtisadi və siyasi imkanlarının qeyri-bərabərliyi güclünün hüququnu yaradır, ABŞ da bundan faydalanır. Bu özəlliklər üzündən özünü tam suveren saymaq hüququna malik ölkələr, digər yandan (soyqırımı siyasətinin təcavüzü, kütləvi qırğın silahları, narkotik ticarəti, vətəndaş müharibələri və s.-nin yayılacağı halda) bu hüququ itirə biləcək ölkələr qrupu təşəkkül tapıb.

Bu qayda ilə bir-birini mədəni birliyin bərabərhüquqlu üzvü qəbul edən və bərabər inama layiq olan tam suveren dövlətlər ("neovestfal” deyilənlər) "qeyri-mədəni” dövlət və bölgələrin önlənməsi və idarəçiliyi sahəsində əməkdaşlıq edə bilər və etməlidir. Belə idarəçilik formalarından biri dünya xəritəsində mürəkkəb siyasi və iqtisadi sistemlərin və yarımsistemlərin qurulması, bu və yaxud digər ölkəni artıq var olan sistemlərə qoşmaq ola bilər.

Afrikanın, demək olar, bütün ölkələri, Asiya və Latın Amerikasının qismən, həmçinin keçmiş SSRİ-nin əksər dövlətləri "antivestfal” sisteminə aiddir. Böyük Mərkəzi Asiya (BMA) layihəsi bu kateqoriyadandır, söhbət faktiki olaraq xarici idarəçilik sisteminin və Birləşmiş Ştatlar protektoratının yumşaq formasından gedir. O, məhz bu dövlətlərə "neovestfal” yanaşması kimi müəyyən olunur.

Vaşinqtonun inam və mədənilik anlayışları baxımından narazılığı olan Çin Xalq Respublikası (ÇXR) və Rusiya Federasiyası (RF) kimi dövlətlər "neovestfallar” sırasından çıxdaş olunmalı və Mərkəzi Asiyanın işlərinə qarışmaqdan kənarlaşdırılmalıdır. Yəni, Ştatlar bu genişləndirilmiş bölgəni xüsusiləşdirməli və Moskva və Pekinin təsirindən çıxarmalıdır.

BMA-nın əsas ideyası Mərkəzi Asiya bölgəsi daxilində və kənardakı  bütün üzvlərdə ABŞ-ın Mərkəzi Asiyada (MA) ciddi şəkildə və həmişəlik qalacağı haqda anlayış yaratmaqdır. Onun əsas məqsədlərindən biri isə "mərkəzi” Əfqanıstanda olmaqla Çin ekspansiyasını məhdudlaşdırmaq, Pekinin  neftə və körfəzin təbii qazı olan ölkələrinə yolunu bağlamaqdır.

Amerikalılar bundan sonra Sintszyan və uyğurlar, rəngli inqilablar, islamçı döyüşçülər və cəmiyyətin radikallaşdırılması vasitəsilə ÇXR-i zəiflətməyi planlaşdırırlar. ABŞ MA bölgəsində "tənzimləyici” rolundan imtina etməyəcək ki, Pakistan, Hindistan, İran və Mərkəzi Asiya ölkələrinə dolayısı ilə təsirə malik olsun.

ABŞ-ın Mərkəzi Asiya xarici siyasətində əsas vəzifələrə gəlincə, bu, bölgənin energetika resursları üzərində nəzarətin təşkili və "yönəldilən hərc-mərclik” deyilən konsepsiyadan istifadə edərək bölgədə böyük münaqişələr törətməklə həm Rusiyanı, həm də Çini oradan qoparmaqdan ibarətdir. Rusiya Federasiyası və Çin Xalq Respublikasının fəal iştirakıyla 1996-cı ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Böyük Mərkəzi Asiya geokonseptinin ünsürü olan ölkələrin əksəriyyətini birləşdirib.

Böyük Mərkəzi Asiya layihəsinin gerçəkləşdirilməsi Mərkəzi Asiya bölgəsini ənənəvi anlamda inteqrasiyaya şirnikləndirməklə, meqabölgənin yaradılmasını təxmin edir. 2006-cı ildə bu məqsədlə MA-nın 5 keçmiş sovet respublikasıyla işə görə sorumu üzərinə alan Cənubi və Mərkəzi Asiya üzrə Büro yaradılıb. Əvvəllər SSRİ-nin tərkibində olma səbəbindən bu ölkələrlə münasibətlərə ABŞ Dövlət Departamentinin Avropa Bürosu (Bureau of European and Eurasian Affairs)baxırdı, indi ancaq Hindistan, Əfqanıstan, Butan, Şri-Lanka və Nepalla məşğul olan Cənubi Asiya üzrə Büroya daxil edilib. Bu yenidəntəşkil Vaşinqtonun BMA konsepsiyası çərçivəsində Mərkəzi və Cənubi Asiya arasında bağların möhkəmlənməsinə yönəlik siyasətinin əsas hissəsidir.

ABŞ hökuməti hesab edir ki, Böyük Mərkəzi Asiya layihəsi milli maraqlar üçün həlledici önəm kəsb edir və birinci növbədə bununla müəyyən olunur ki, Xəzər dənizi hövzəsində, xüsusən də Qazaxıstan və Türkmənistanda neft və qaz hasilatı bölgəni "qazax çöllərindən” Hindistan bölgəsinə qədər inteqrasiya edərək kürəsəl enerji təhlükəsizliyinə xeyli töhfə verə bilər. Amerika cənubdan alternativ yollar açmaqla Rusiya və Çin tərəfdən MA ölkələrinə basqının azalmasına yardım edəcək.

Əsas diqqəti keçmiş Orta Asiya və ona bitişik ərazilərin magistrallaşdırılması probleminə ayırmaq lazımdır, çünki bu, sosial-iqtisadi geriliyin və effektsiz siyasi rejimlərin saxlanmasına şərait yaradan coğrafi qapalılığı aradan qaldırmağı bacaran siyasi, iqtisadi və sosial dəyişikliklər üçün yeganə imkandır. Bunun üçün MA-da logistik və boru kəməri yolları yaratmaq, xarici energetika və ticarət bazarlarına tədarüklərin şaxələndirilməsi vacibdir, Qərb isə bölgənin resurslarına, o cümlədən hərbi-strateji hədəflərə də çıxış əldə edəcək.

ABŞ Mərkəzi və Cənubi birləşdirən enerji sisteminin yaradılmasını planlaşdırır. Proqramın məğzi bundan ibarətdir ki, MA enerji resurslarını (Qazaxıstan nefti, Türkmənistan qazı, Qırğızıstan və Tacikistanın su resurslarını) artan tələbatı ödəmək üçün Əfqanıstan, Pakistan və Hindistana sarı göndərsin. Bunun üçün "Beynəlxalq inkişaf üzrə ABŞ Agentliyi”nin (USAID) dəstəyi ilə "Bölgə enerji bazarına yardım proqramı” (REMAP) qəbul olunub.

Bu proqramın əsas vəzifəsi: həm ABŞ və NATO-nun hərbi ehtiyacı, həm də layihə ölkələrinin dayanıqlı nəqliyyat əlaqələrinin formalaşdırılması üçün həm Əfqanıstan ərazisində, həm də BMA ölkələrində yol infrastrukturu inşasının təşviqi siyasəti yürütmək. Məsələn, Ümümdünya Bankının maliyyələşdirdiyi Kabul-Qunduz və Salanq tuneli proqramı və ya yolun (Kabul-Qəndəhar-Herat) bərpası layihəsi (Ştatlar maliyyələşdirir). Bu, Pakistan və Hindistan limanlarına çıxış verir. Pənc çayı üzərindən Əfqanıstanı Tacikistanla birləşdirəcək körpünün də inşası gerçəkləşdirilir.

Layihənin bugünki proyeksiyası başqa bir geopolitik strategiyanın – Vaşinqtonda "həyati önəmli və ya ölkənin milli maraq sahələri” kimi nəzərdən keçirilən bölgələrdə fəal hərbi-strateji iştirakı, ABŞ-ın öz rəyi ilə hərbi və güc aksiyaları keçirməyi nəzərdə tutan "Buş-Ramsfeld doktirnası”nın yalnız davamıdır. MA ölkələri də bura aiddir.

Amerikanın planları – bölgə ölkələri, Əfqanıstan, Pakistan və Hindistan arasında bölgəsəl elektrik enerjisi şəbəkələrinin inkişafına hər cür yardımı davam etdirmək. Bu zaman Mərkəzi Asiya ölkələri elektrik enerjisinin Əfqanıstana və Cənubi Asiyaya tədarükçüsü kimi çıxış edəcək. Əfqanıstan İslam Respublikası və ona bitişik dövlətlərin iqtisadiyyatı heç vaxt təcriddə çiçəklənməyəcək. Bu qayda ilə Kabulun iki bölgəni birləşdirən bənd qismində ticari-iqtisadi proseslərə cəlb edilməsi üsuluyla dövlətlərin iqtisadiyyatlarının artımına təkan vermək, həmçinin böyük mənfəət götürmək.

ABŞ bölgədə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə can atır.  O, Amerikanın Mərkəzi Asiya, Yaxın və Orta Şərq  komandanlıqlarının bölgə vəzifələrinin təminatına yönəlib. Bundan savayı, Amerikanın Xəzərdə və İranla Rusiyaya bitişik ərazilərdə maraqlarının yeridilməsi üçün şəraitin yaradılması.

MA ölkələrinin ABŞ-la əməkdaşlığının birinci mərhələsinin yekunları:

1) Bölgə ölkələri öz suverenliyi, ərazi bütövlüyü və müstəqilliklərini möhkəmləndirib;

2) Birləşmiş Ştatlar nüvə silahının Qazaxıstandan təhlükəsiz çıxışı və ölkənin SSRİ mirası nüvə infrastrukturunun demontajını təmin edib;

3) Bölgədə heç bir dövlət hegemonluğa nail ola bilməyib;

4) Rusiya Mərkəzi Asiyadan neft və qaz nəqlində daha inhisara malik deyil;

5 )ABŞ Əfqanıstanda hərbi əməliyyatlara dəstək və Amerika qoşunlarının çıxarılması üçün bölgədəki obyektlərdən effektli istifadəni bacarıb.

BMA layihəsində Əfqanıstan rolu və hansı proqramlar onun gerçəkləşməsinə şərait yaratmalıdır

 

Vaşinqton Əfqanıstanı  BMA-nın mərkəzinə çevrilməsini təməl sayır. 

Geopolitikanın banisi Helford Makkinder 1904-cü ildə "Kolumb dönəmi”nin bitdiyinə dair özünün məşhur deyimini söyləyib. O, iddia edib ki, Qərb dəniz dövlətinin üstünlüyü başa çatıb və quru dövləti dönəmi gəlib. Bu zaman Avrasiyanın mərkəzi hissəsi (hartlənd) və ya "ox bölgə” dünya ağalığının açarı olacaq.

XVIII əsr ingilis müstəmləkəçilərinin deyimləri: "Əfqanıstanda tam binagüzarlıq etməyin vaxtı hələ çatmayıb”.

Böyük Mərkəzi Asiya layihəsinin müəllifi, Amerika analitiki Frederik Starr öz əsərində deyib: "Tam zamanıdır və udmaq lazımdır”.

Dəmiryolları və Böyük Mərkəzi Asiya ölkələri ətrafındakı yeni sənaye obyektləri iqtisadiyyatı möhkəmləndirməyə yardım edər, müxtəlif qruplaşmaları zaman keçdikcə bölgədə sabitliyi daha çox təmin etməyə vadar edər.

Əfqanıstanın şimal əyalətləri XIX yüzilliyin son rübünədək Mərkəzi Asiya bölgəsinin və yaxud o vaxt deyildiyi kimi, Türküstanın bir hissəsiydi. Bu şimal əyalətlərinin etnik tərkibini özbəklər, taciklər və türkmənlər təşkil ediblər.

Əfqanıstan tarixi səbəblər üzündən Mərkəzi və Cənubi Asiyanın nəhəng məkanında, bir növ, ayırıcı xətt olub. Əfqanıstan dövlətçiliyinin bərpası və ölkədə sosial-iqtisadi dirçəlişin başlanması bu ərazi üçün yeni, çox ciddi perspektivlər aça bilərdi. Əfqanıstanın sabit ictimai-siyasi həyata dönüşü Mərkəzi və Cənubi Asiya arasında infrastruktur əlaqələri bərpa etmək imkanı yaradardı. Bu, öz növbəsində bölgənin artan iqtsadiyyatlarına enerji daşıyıcılarına çıxış əldə etmək imkanı yaradardı, ölkənin özü isə tam şəkildə beynəlxalq birliyə inteqrasiya olunardı.

2005-ci ildə Əfqanıstan üzrə birinci iqtisadi əməkdaşlıq bölgəsəl konfransı – RECCA (Regional Economic Cooperation Conference on Afghanistan) keçirilib. Bu günədək xeyli bölgəsəl və qitə layihələri irəli sürülüb və işə salınıb. Noyabrın axırında Aşqabadda RECCA-nın gerçəkləşdirilmənin müxtəlif mərhələlərində olan 18 layihəsinin müzakirə edildiyi 7-ci konfransı keçirilib.

Əfqanıstan həmçinin cari il noyabrın sonunda CASA-1000 (Central Asia – South Asia) layihəsi üzrə işə başlayacaq. O, enerji artıqlığı olan Qırğızıstan və Tacikistanla enerji qıtlığı olan Pakistan və Hindistanı birləşdirməyə nəzərdə tutulub. Ümumi dəyəri 1,2 milyard $ dəyərləndirilən CASA-1000-in birgə işləri artıq 10 ildən çoxdur davam edir. Maliyyələşmə Ümumdünya Bankı və Avropa Yatırım Bankının vəsaitləriylə aparılır. Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistanı birləşdirəcək başqa bir kürəsəl layihə – TƏPH var.

2018-ci ildə Əfqanıstan ərazisində qaz kəmərinin çəkilişi başlanır, 2019-cu ildə isə boru kəməriylə ilk qazın buraxılması planlaşdırılır. Layihənin ilkin başa çatma müddəti 2020-ci ilə qədər, yekun dəyəri 7,5 milyard $-dır. ABŞ qaz yataqlarının da işlənməsinə 15 milyard $ ayırıb. Kəmərin inşası başa çatandan sonra ildə, təxminən, 33 milyard kubmetr qaz ixracatı gözlənilir, xidmətin layihə müddəti 30 ildir.

Türkmənistanda RECCA konfransının (Regional EconomicCooperation Conferenceon Afghanistan) yekunlarına əsasən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığı haqda beştərəfli saziş imzalanıb ("Lazurit dəhlizi” üzrə saziş). Bu marşrutun formalaşması üçün təməl, inşası 2013-cü ildə başlanan Atamırat-İmamnəzər (Türkmənistanın 2 stansiyası)-Akina (Əfqanıstan) magistralı üzrə Türkmənistan-Əfqanıstan marşrutunun 2016-cı ilin axırında açılışıdır. Əfqanıstan Özbəkistan vasitəsilə öz mallarının tədarükü üçün tranzit dəhlizini şaxələndirib, indi isə Türkmənistan üzərindən marşrut meydana çıxıb. ABŞ hökuməti Əfqanıstanın bərpası üzrə mühüm təşəbbüs saydığı 40-dan yuxarı infrastruktur layihəsi irəli sürüb. Məsələn, bu ölkədə kiçik biznesin və hökumətin obyektləri Özbəkistan və Türkmənistandan elektrik enerjisi ilə təchiz olunur.

Qazaxıstan, Türkmənistan və Əfqanıstan arasında dəmiryolları yaradılır.Özbəkistan burada özünün Xayraton şəhərindən Əfqanıstanın Məzari-Şərif şəhərinədək NATO komandanlığı altındakı qüvvələr tərəfindən qorunan dəmiryolu salıb, bu qanad sonra Herata çatdırılacaq. Özbəkistan bu qayda ilə İranın Bəndər-Abbas və Çabahar limanlarına, Ərəbistan dənizinin sahillərinə çıxış əldə edir, bu yolların istismarı Əfqanıstana böyük gəlirlər gətirəcək.

Əfqanıstanın dayanıqlı siyasi və iqitsadi inkişaf yoluna çıxması üçün tədricən şərait yaradılır. Əfqanıstanda durumun normallaşması prosesi ölkənin müxtəlif etnik-siyasi birlikləri arasında razılığın əldə edilməsinə, həmçinin onların hakimiyyət strukturlarında tarazlaşdırılmış iştirakına səbəb olardı. Bu gün qeydə almaq olar ki, Əfqanıstandakı qarışıqlıq bütün MA bölgəsi üçün təhlükəsizlik sahəsində əsas amillərdən biri olaraq qalır və ayrıca görürülən hər bir dövlətin milli təhlükəsizliyinə potensialca təhdid ifadə edir.

ABŞ 2004-cü ildə "Şindand” və "Bəhram” aerodromlarının modernləşməsini aparıb. Bunlar indi ağır laynerləri və strateji bombardmançıları qəbul edə bilər. Çox sayda yerüstü və yeraltı qurğular ucaldılıb. Bu, Amerika və NATO-nun bölgədə iştirakının baş məqsədi kimi yeraltı şəhərlərlə supermüasir hərbi bazaların yaradılmasından danışmaq imkanı verir. Hava və kosmik izləmə sistemlərilə təchiz edilən bu universal qurğular, demək olar, bütün Avrasiyanın aeronaviqasiya məkanına nəzarət şəraiti yaradır.

MA-da, Qafqazda Xəzər bölgəsində, Şərqi və Mərkəzi Avropada, NATO-nun "Aerokosmik təşəbbüs”, "Yeni şimal marşrutu”, "Xəzər keşikçisi” proqramları və digərlərində hava məkanına nəzarət stansiyalarıyla birlikdə Avropadan Çinədək hava məkanına nəzarət və hava hərəkətinin idarəsi meqadəhlizinin yaradılması başa çatıb.

Bundan başqa, ABŞ və NATO Əfqanıstanın qonşuluğunda daha 6 bazaya malik idi, bunların bəziləri rəsmən nəqliyyat aerodromlarıydı. Mərkəzi Asiyada Rusiyanın Şimali Atlantika alyansının NATO bazalarıyla "çevrələnməsi” siyasəti davam etdiriləcək.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti