Amerika Neft İnstitutu:"Ölkədə neft ehtiyatları azalıb"

Amerika Neft İnstitutu:"Ölkədə neft ehtiyatları azalıb"

 

Keçən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.

Azərtac xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki xam neft ehtiyatları 1,33 milyon barrel azalıb. Analitiklər ehtiyatların 1,5 milyon barrel azalacağını nəzərdə tuturdu.

ABŞ-dakı benzin ehtiyatları isə keçən həftə 980 min barrel artıb. Benzin ehtiyatlarının 620 milyon barrelədək azalması gözlənilirdi.

Ölkədə distillə edilmiş yanacaq istehsalı hesabat həftəsində 1,3 milyon barrel azalıb. İstehsalın 1 milyon barrel azalacağı planlaşdırılırdı.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.



Oxşar Xəbərlər

Xəbər lenti