”Mobil telefonlar da bahalaşacaq” - Qubad İBADOĞLU

 

"Telefon mafiyası bayram edir. Görəsən, bu qərarı keçirmək üçün onları nə qədər "tərlədiblər?”

 

"Qeydiyyat rüsumlarının birdən-birə 4 dəfədən 30 dəfəyə qədər artırılması müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmaqla yanaşı radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq”Sozcu.info xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı Qubad İbadoğlu bildirib.

Qubadoğlu diqqətə çatdırıb ki, Nazirlər Kabineti iyulun 31-də "Mobil cihazların qeydiyyata alınmasına” görə dövlət rüsumunun artırılmasına qərar verib. "Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlara şamil edilməyəcək. Bu qərar yalnız fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazlara tətbiq olunacaq .Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən ediləcək. Belə ki, foto, video çəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək”.

"Bu qərar mobil cihazların bazar qiymətini bahalaşdıracaq”

İ. Qubadoğlu xatırladıb ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi: "Göründüyü kimi, fiziki şəxslərin hətta fərdi ehtiyacları üçün gətirdikləri mobil cihazların qeydiyyat rüsumları 4 dəfədən 30 dəfəyədək qaldırılıb. Bu qərar ilk növbədə yeni model və müasir funksiyalara malik olan mobil cihazların bazar qiymətini bahalaşdıracaq. İkincisi, bazarda bu növ məhsulları təklif edən şirkətlərə üstün və hökmran mövqe qazandıracaq. Üçüncüsü, bu bizneslə məşğul olan fərdi sahibkarları sıradan çıxaracaq. Dördüncüsü, radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq. Nəhayət, köhnə telefonların istismar müddətini uzatmaqla istehlakçıların müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdıracaq”.



Oxşar Xəbərlər

Xəbər lenti