23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Azərbaycan "İpək yolu” layihəsinin vacib hissəsidir.
Bunu Trend-ə müsahibəsində Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.
O bildirib ki, Azərbaycan "İpək yolu” üzərində yerləşən və "Bir kəmər, bir yol” birgə təşəbbüsündə iştirak edən və layihəni dəstəkləyən vacib ölkədir: "2015-ci ilin dekabrında prezident İlham Əliyevin Çinə səfəri zamanı tərəflər "İpək yolu” iqtisadi kəmərinin birgə tikintisi barədə anlaşma memorandumu imzalayıblar. Sənəd Çin-Azərbaycan iqtisadi və ticarət münasibətlərinin inkişafına yeni təkan verdi”.
Səfir Azərbaycanın layihə infrastrukturunun inkişafına töhfəsini qeyd edib: "Xəzər dənizi Avrasiyanı birləşdirən vacib ticarət kanalıdır. Çin Azərbaycan tərəfinin nəqliyyat infrastrukturunun tikintisi və müxtəlif layihələrin reallaşdırılması ilə bağlı səylərini alqışlayır. Pekin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində hərtərəfli Çin-Azərbaycan əməkdaşlığını dərinləşdirməyə və "İpək yolu" boyunca yerləşən ölkələrin inkişafına töhfə verməyə hazırdır”.