ABŞ səfiri dünyada enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu haqda

 

"Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır".

Sözçü info-un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə diplomatik missiyasının başa çatmasına həsr olunan (AmCham) aylıq işgüzar şam yeməyində bəyan edib.

O deyib ki, Azərbaycanın coğrafi mövqeyi və enerji ehtiyatları təkcə regionun yox, həm də dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır: "Bu, həm də digər amillər Azərbaycanın beynəlxalq arenada çəkisini artırır".

R.Sekuta əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması və Ələtdə limanın tikintisi "Yeni İpək Yolu"nun əsas hissələridir.

Onun sözlərinə görə, Azərbaycan əsasən müsəlman əhalisi olan dünyəvi dövlət kimi, ekstremizm və terrorizmlə mübarizənin parlaq nümunəsidir, beynəlmiləlçilik və tolerantlıq nümayiş etdirir.

Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Sekuta problemin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həll edilməsinin vacibliyini diqqətə çatdırıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}