8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycan manatının ABŞ dollarına nisbətdə mövqelərini itirməsi barədə arşadırma yazısı dərc edib.
Onun facebook səhifəsindəı yaydığı yazını təqdim edirik:
"Dövlət Neft Fondu ilin 7 ayında ötən ilki qədər valyuta satıb. İdxal artır, ixrac azalır, valyuta ehtiyatları tükənir.
Cari ilin son aylarında manatın sabitliyi üçün əhəmiyyət kəsb edən iqtisadi göstəricilər pisləşməyə başlayıb. Onlar arasında əhəmiyyət kəsb edən 3-nün üzərində dayanaq.
Valyutaya tələbat sürətlə artır. Dövlət Neft Fondu (DNF) açıqladığı məlumata görə, 2018-ci ilin avqust ayı ərzində 733,7 milyon ABŞ dolları məbləğində vəsait satıb. Beləliklə də bu ilin 8 ayında ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 4 milyard 244 milyon 800 min dollar təşkil edib ki, bu da 2017-ci il üzrə cəmi valyuta satışından 17,9 faiz çoxdur. Hesablamalara görə, DNF bu ilin 7 ayında ötən il bütün dövr ərzindəki qədər valyuta satıb. Gözləntilərə görə, yaxın 4 ayda satışın həcmində artım daha da yüksələcəkdir. Belə ki, DNF-nin cari ilin avqust ayının satışları iyul ayına nisbətdə 36,7 faiz, iyul ayının satışları iyun ayına nisbətdə 22,2 faiz, iyun ayında may ayına nisbətən 3,8 faiz çoxalıb. Göründüyü kimi, sön 3 ay ərzində aylıq artım dinamikası daha da sürətlənib.
2.İdxal artır, müsbət saldo azalır. Rəsmi statistikaya görə, bu ilin birinci yarısında idxalın həcmi 4 milyard 659 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz çoxdur. Bununla yanaşı, bu ilin ikinci rübünün göstəricilərinə görə, xarici ticarətdə müsbət saldo may ayında aprel ayına nisbətən 40 faizdən, iyun ayında may ayına nisbətən 46 faizdən çox azalaraq 486,9 milyon ABŞ dolları təşkil edib. Xarici ticarətdə müsbət saldonun sürətlə azalması yalnız idxalın artımı ilə deyil, həm də ixracatın bu ilin 2-ci rübündə azalması ilə əlaqədardır. Belə ki, 2018-ci ilin 6 ayında ixracat apreldəki pik səviyyəsindən – 2 296 milyon dollar- sonra kəskin azalmağa doğru gedir və aylıq göstərici cari ilin iyun ayında aprel ayı ilə müqayisədə 44 faiz azalaraq 1 291 milyon dollar təşkil edib.
3.Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Belə ki, cari ilin avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayındakı 5546,9 milyon dollardan 5503,5 dollaradək azalıb. Bu azalma kəskin xarakter daşımasa da tendensiyanın neqativ olması narahatlıq doğurur və böyük ehtimalla bu ilin son ayında azalma tempi yüksələcək.
Son olaraq onu qeyd etmək istərdik ki, manatın sabitliyi üçün əhəmiyyətli olan iqtisadi göstəricilərin pisləşməsi ilə yanaşı ona pisxoloji və siyasi təsirlər də artmaqdadır.
Belə ki, Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin milli valyutasının ABŞ dollarına nisbətdə dəyərdən düşməsi, digər önəmli ticarət partnyorları olan İran və Qazaxıstanda da anoloji problemlərin yüksəlməsi manatı təzyiq altında saxlamaqdadır. Bu təzyiq altında manatın sabitliyini naminə fiksə edilmiş məzənnə siyasətinin davam etdirilməsi siyasi avanturadan başqa bir şey deyildir. Odur ki, manat ABŞ dolların ya təslim olmalı ya da siyasi səbəblərdən tənzimləyici funksiyalarını donduraraq, qeyr-neft sektorunun tənəzzülünə xidmət etməlidir. Görünür, hazırda ikinci varianta üstünlük verənlər hakimiyyətdə qərarların qəbuluna daha çox təsir etmək gücündədir”.