Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azərbaycanın əfsanəvi "Ağdam” şərabı Ukraynanın bazarlarında satışa çıxarılıb. Bu barədə Ukraynada fəaliyyət göstərən "Tovuz-Vino” şirkətinin rəhbəri Elimxan Mahmudov məlumat verib.
Onun sözlərinə görə, keçmiş Sovet İttifaqı dövründə ən çox satılan "Ağdam” şərabı Ukraynanın tanınmış "AŞAN”, "NOVOS” "MEQA” hipermarketlərində, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki marketlərdə satışa çıxarılıb.
E.Mahmudov bildirib ki, "Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus "Ağdam” şərabına Ukrayna bazarında satışa çıxarılan ilk həftədən maraq artıb: "Keçmiş Sovet İttifaqı dövründə "Ağdam” şərabı məşhurluğu ilə tanındığından, bu gün də insanların bu şəraba marağı böyükdür. "Ağdam” portveyni ilk dəfə 1948-ci ildə istehsal olunub. Onun sovet ölkələri tərəfindən bu qədər sevilməsinin əsas səbəbi tərkibində spirtin miqdarının 19 dərəcə, şəkərin isə 8 faiz olması idi. Bu da onun içilməsini rahatlaşdırırdı”.
Qeyd edək ki, Azərbaycana məxsus 50-yə yaxın adda şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində satışa çıxarılıb. Bunların arasında "Şuşa” brendi də məşhurdur. Yaxın vaxtlarda isə Azərbaycanın "Qarabağ” brendi şərabı Ukrayna bazarında satışa çıxarılacaq.