21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
"Dəniz LTD” MMC-nin mərhum sədri Firudun Qədirov özündən sonra külli miqdarda borc qoyub, varisi isə onları qaytarmaqdan imtina edir
MMC-nin baş meneceri Aydın Lətifov: "Firudin Qədirova 75 min dollar mən vermişəm, 30 min də Damət müəllim verib…”
"Xətai rayonunda bu işin baxılmasını bizə məlum olmayan səbəblərdən təxirə salırlar”
Son vaxtlar ölkədə vətəndaşların şikayətləri çoxalsa da, rəsmi qurumların bütün bunları qulaq ardına vurması halları da artııb. Halbuki, prezident İ.Əliyev dəfələrlə çıxışıında məmurların xalqın xidmətçiləri olduğunu vurğulayıb və onlardan vətəndaşların problemlərinə həssas yanaşmalarını tələb edib. Amma bu sahədə vəziyyət nəinki düzəlir, əksinə günbəgün pisləşir.
Bir sözlə, ortada böyük bir fakt varsa, prokurorluq cinayət işi açmırsa və yaxud hansısa məmurun qəbuluna düşmək müşküldürsə, deməli, məmurlar xalqı özlərinə xidmətçi hesab edirlər. Ona görə ki, hansısa bir vətəndaş hanısısa məmurun qəbuluna düşmək üçün aylarla sürünürsə və döymədiyi qapı qalmırsa, burada vətəndaşa xidmətdən söhbət gedə bilməz.
Məmur laqeydliyinə, diqqətsizliyinə məruz qalanlardan biri də Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2B, mənzil 40-da yaşayan Lətifov Aydın Məmməd oğludur. O, "Hürriyyət”ə dedi ki, "Dəniz LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri olub:""Dəniz LTD” 2003-cü ildə yaranıb. Amma 2003-cü ilə qədər də həmin firmanın Alatava Toxucluq fabriki var idi. 1997-ci ildə həmən toxuculuq fabrikində özəlləşmə başladı. Mən də özəlləşmədə iştirak etdim və özəlləşdirdik. Həmin vaxtı texniki pasportların hamısını mən qaydaya qoymuşam, şöbə müdiri olmuşam, belə işləri bildiyim üçün köməklik etmişəm. 1997-ci ildə toxuculuq fabriki özəlləşdi. Texniki pasportları alanda orada Damət müəlim var, ondan 30 min pul aldım, verdim ki, texniki pasportları alaq. Səhmdar Cəmiyyətin sədri Firudun Qədirov mənə demişdi ki, Alatava Toxucluq fabriki "Kompleks” kooperativə aiddir, özəlləşdirək. Dedi onu özəlləşdirəndə satıb, hörmətini edəcəm, bölərik. 3 milyona satdı. Mənə bir qəpik də vermədi.
Toxuculuq fabriki satılandan sonra "Kompleks” kooperativə gəldik. Mənə dedi ki, oranı da özəlləşdir, sənə də hörmət edəcəm. Mən 20 min də burada qoydum. "Kompleks” kooperativ də həmin Firdun Qədirovun kooperativi idi. Amma koopetivin fəaliyyəti-zadı yox idi, əvvəllər olumuşdu, Əhmədli şossesi 7-də, indiki Kazımağa Kərimov küçəsi 7-də, "Neftbaza”nın yanında 1 hektar torpaq sahəsi var idi, onu da özəlləşdirdim”.
"Avadanlıqlar qanunsuz satılıb”
"Ondan sonra, Firudin Qədirov dedi ki, plasmas butulkalar buraxmaq üçün avadanlıq gətirək. Çindən 44 adda avadanlıq gətirdik. Ona da 20 min dollar qoydum. "Kompleks” kooperativi özəlləşdirəndən sonra notarius vasitəsilə onun əmlakını "Dəniz LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdik. Çindən o avadanlıqları gətirdik. Həmin avadanlıqları 2007-ci ildə Qusarda quraşdırdıq, 2008-ci ildə də sökdük. Çünki həmin məhsulların bazarı olmadı. Bazara girmək mümkün olmadı. Qusarda müəssisə söküləndə də mən bir az xərcə düşdüm, avadanlıqları gətirdik, anbara yığdıq. Avadanlıqlar geri söküləndə o qədər əziyyət çəkmişəm. Avadanlıqlar söküləndən sonra Firudin Qədirov dedi ki, nə vaxt avadanlıqlar satılar, sənin borcunu ödəyəcəm, hörmətini də edəcəm...
Firudin Qədirov da elə-belə adam deyildi, tanınmış adam idi. 2014-cü ildə Firudin rəhmətə getdi. Həmin vaxt mən baş menecer idim. 8 il gözləmişik ki, avadanlıqlar satılsın. Sonra mənə bir nəfər zəng etdi, dedi ki, avadanlıqlar satılıb. Mən də durdum zəng etdim ki, bu, nə məsələdir? Avadanlıqlar özü də qanunsuz satılıb. Gədəbəydən bir firma gəlib alıb. F. Qədirovun da hüquqi varisi doğma qızı Qaraxanova Esmiraldadır. Həmin qızın əri də rəhmətə getmişdi, firmanın üzvü idi. Qızın kürəkəninə zəng etdim. Dedim, bu, nə məsələdir? Dedi mənim xəbərim yoxdur. "Texnika bank”da da onun haqqında müəyyən söhbətlər var. Ondan sonra Musaxana zəng etdim, hörmətli yoldaş idi, onu da işdən çıxarmışdı. O da dedi, mənim onlarla əlaqəm yoxdur, amma kürəkənlə qızı satıb. Dedim satıbsa, hesaba pul gəlməlidir, satış müqaviləsi olmalıdır. Biz məlumatlandırılmalıydıq. Özü də bu işləri görən mənəm, gərək, mən alqı-satqı müqaviləsi bağlayam. Bu avadanlıqların dəyəri var. Yola sənəd yazılmalıdır. Bu necə olar ki, 4-5 rels yüksək tutumlu maşınlar yüklənib, gedib, xəbəri yoxdur...
Nə isə məcbur qalıb Xətai Rayon Prokuroluğuna şikayət etdim, dedim gəlin baxın, avadanlıqlar yoxdur. Çindən gələn avandanlığa 1,5 mlyon satış qiyməti qoymuşduk, amma 560 min qiyməti var idi. Onun da 20 mini mənim pulum idi, 30 min də Damət müəllim vermişdi. O bilirdi ki, Firudin pul qaytaran deyil. Mənə pulu verəndə dedi sənə verirəm, xahiş edirəm, sən qaytar. Qalan pul isə Firudinin idi”,-deyə şikayətçi əlavə etdi.
"Firudin Qədirova 75 min pul vermişəm”
A.Lətifov qeyd etdi ki, məsələ ilə bağlı Xətai Rayon Prokurluğunun müstəntiqi Şahsuvar Əliyevin qəbuluna gedib: "Müstəntiqə dedim ki, malı alan firma deyir, almamışam, Firudinin qızı da deyir, satmamışam. Gəlin, anbara baxış keçirin. Oradan 44 adda avadanlıq aparılıb, oranın "uçaskovı”sı var, hamısını görüblər. Damət də müstəntiqin yanında mənə şahidlik etdi ki, mən də 30 min vermişəm. Firudun rəhmətə gedib, bu kişinin pulu qalıb. Müstəntiqə deyirəm ki, bu 1,5 milyon yarımlıq "rastomoşka”dan keçən maldır, 560 minlik avadanlıqdır, buxalteriyadan keçməliydi. Gədəbəydən olan firma deyir mən almamaşıma, bunlar da deyir satmamışıq. Deməli, nəğd satış olub. Neçəyə satıldığını bilmirəm. Heç bir sənədləşmə aparılmadan gəlib pulu verib, malı aparıblar. Mal 2017-ci ilin iyul ayının 11,12,13-də 3 günə kamazlarla daşınıb. Müstəniqə dedim avadanlıq ortada yoxdur. Heç olmasa cinayət işi qaldır. Ora-bura zəng etdi, cinayət işi açmağı rədd etdi. Mən də bunu əsas tutub Respublika Prokuroluğuna yazdım. Onların cavabından sonra Mehriban xanıma yazdım. Bakı Şəhər Polis İdarələrinə Nəzarət şöbəsinin rəisi Elçin Sultanova yazdım. Elçin Sultanov cinayət işinin rədd edilməsini əssasız sayaraq yenidən istintaq başlanmasını bildirib. Bu günə qədər də Bakı Şəhər Prokuroru məni qəbul etmir. Bakı Şəhər Prokurorluğuna teleqram da vurdum. Teleqramı da götürüb Qaradağa yollayıblar. Mən də Qaradağa getdim. Prokurorun köməçisinə dedim ki, bu, nə məsələdir? Dedim bu iş Xətai rayonuna baxır. Təzədən materialın üstün yazıb, Xətai rayonuna göndərdi. Sonra gördm bunlardan bir səs çıxmır. 5-ci dəfə Mehriban xanıma yazdım ki, bizim işə səthi, qeyri-obyektiv yanaşırlar. Mənə bildiriş gəldi ki, sizin iş nəzarətə götürülüb. Elçin Sultanov Bakı Şəhər Prokuroluğuna yazdı ki, bu adamı qəbul edin, məsələni araşdırın, yenidən istintaq aparın. Dünən də Respublika Prokurluğunda olmuşam. Dedi Aydın müəllim, sən ancaq Bakı şəhər prokurorunun qəbulunda ol. Dedim teleqram vurmuşam, məni qəbul etmir, teleqramı Qaradağa yollayır. Mən neynim, qapım döyülür, faiz verirəm. Damət müəllim dost olsa da, yaşamağa imkan vermir. Mən ümumilikdə Firudin Qədirova 75 min pul vermişəm. 30 min bir, 20 min də bir vermişəm. Həmçinin 30 min də Damət müəllim verib. Damət müəllim də bir ildir bizim qapını döyür ki, mənm pulumu qaytarın”.
A.Lətifov onu da nəzərə çatdırdı ki, özəlləşmədə naxçıvanlı bir nəfər Firudinin əlindən fabriki almışdı: "Kartoşkadan möhür düzədib, almışdı. Təzədən mən onu məhkəmədə qaytartdırmışam. "Dəniz LTD”nin özəlləşməsində də nə qədər xərclər çəkmişəm. Həmin vaxtı Xətainin icra başçısı Gündüz müəllim idi, Allah rəhmət eləsin. Bu sənədlərə qol çəkdirmək bilirsən nə deməkdir? Firudinin özü Əmlak Komitəsinə getdi, dedi Firudin müəllim milyon qoyasan dövlət aktı olmasa özəlləşməz. Getdim Gündüz müəllimin ayağına düşdüm, fövqəladədən də akt aldım. O akt verilməsə, özəlləşərdimi? Bu aktı alanda sonra "Kompleks” kooperativə şahadətnamə verdilər ki, özəldir. Bu şahdətnaməni alanda sonra isə "Komleks” kooperativin idarəçiliyini müvəqqəti olaraq notariusla "Dəniz LTD-yə verdik”.
"Azər İsmayılzadə kimdir, heç tanımıram”
Şikayətçi dedi ki, Xətai Rayon Prokuroluğunun müstəntiqi Şahsuvar Əliyevdən sonra işi müstəntiq Azər İsmayılzadəyə veriblər: "Heç mən Azər İsmayılzadəni tanımıram. Azər İsmayılzadənin adından məktubu Bakı Şəhər Prokurorluğuna yollayblar . Guya, Azər İsmayılzadə yenidən baxıb, araşdırıb. Təsəvvür edin, işi necə azdırırlar. Məndə ancaq Şahsuvar Əliyevin 2017-ci il oktyabr ayında verilmiş qərarı var. Azər İsmayılzadə kimdir, heç tanımıram. Deməli, burada oyun oynayırlar. Qısası şikayətimizə baxan yoxdur. Cinayət işi açmaqdan boyun qaçırırlar”,-deyə şikayətçi vurğuladı.
Bakı şəhər prokuroru İlqar Abbasovun qəbuluna düşmək istəyən A.Lətifov müraciət etdi:"İlqar müəllim, məni qəbul edin, dərdimi danışım. İlqar müəlim, Sizin prokurorluğun nümayəndəsi Elçin Sultanov həqiqətən də işin qeyri-obyektiv aparılması haqqında qərar qəbul edib. Xətai rayonuna bildiriş yollayıb. Xətai rayonunda bu işin baxılmasını bizə məlum olmayan səbəblərdən təxirə salırlar”.
"Mən qapı arxasında qalmışam”
Məmurlardan narazı qalan A.Lətifov həmiçinin "Hürriyyət” qəzeti vasitəsilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva müraciət etdi: "Hörmətli prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva! Biz son Konstitusiya dəyişikliklərində qapı arxasında qalmamağa səs vermişik. Lakin mən qapı arxasında qalmışam. Xahiş edirəm, qapı arxasında qalanların köməyinə çatın”.